Suriyada silah anbarında partlayış olub, 5 nəfər ölüb, 9 yaralı var

Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində güclü partlayış baş verib.

Bu barədə “Sky News Arabia” məlumat yayıb.

Məlumatada partlayışın Kafr-Taxarim şəhərində, məktəbin yaxınlığında yerləşən silah anbarında baş verdiyi bildirilir. İlkin məlumatlara görə, 5 nəfər ölüb, çox sayda insan xəsarət alıb.

“Sky News Arabia”nın müxbirinin məlumatına görə, partlayış şəhərin bütün ərazisində eşidilib və böyük dağıntıya səbəb olub. Hadisə barədə yerli media orqanları da məlumat verərək, şəhər boyunca eşidilən səsin güclü zərbə dalğasından xəbər verdiyini qeyd ediblər.

Hazırda partlayışın səbəbləri araşdırılır. Rəsmi qurumlar və müvafiq təhlükəsizlik orqanları hadisə yerində araşdırmaları davam etdirir.