19-21 noyabr tarixlərində İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyi keçirilib.
Yarış milli komandamızın çıxışı ilə yadda qalıb. Taekvondoçularımız yarışda ümumilikdə 5 medal (2 qızıl , 1 gümüş , 2 bürünc ) əldə ediblər.
Milli komandamızın üzvləri İlyas Hətəmli (48 kq) və Elcan Əliyev (78 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar. Vasif Səlimov (68 kq) gümüş, Mehdi Budaqlı (45 kq) və Novruz Əliyev (51 kq) isə bürünc medallara sahib çıxıblar.
Azərbaycanın oğlanlardan ibarət milli komandası ümumi hesabda birinci yerə çıxaraq kuboka layiq görülüb.
Çempion adını qazanmış milli komandanın üzvü İlyas Hətəmli (48 kq) “Yarışın ən yaxşı idmançısı”, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva isə “Ən yaxşı qadın hakimi” seçilib.
İsveçrədə taekvondo üzrə gənclər arasında Avropa birinciliyi keçirilib