Rusiyanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib

Noyabrın 14-də Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Moskvaya rəsmi etiraz notası təqdim edilib.
XİN-in məlumatına görə, nota Rusiyanın Kiyevə hücumu zamanı İsgəndər raketinin Azərbaycanın səfirliyinin ərazisinə düşməsi ilə bağlıdır. Partlayış nəticəsində səfirliyin hasarı, inzibati bina və xidməti avtomobillər zədələnib.
Rəsmi Bakı bunun ilk belə hal olmadığını xatırladıb. Son illərdə həm Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyi, həm də SOCAR-ın Odessadakı neft bazası bir neçə dəfə raket və dron hücumlarına məruz qalıb. XİN hücumların təsadüfi olub-olmaması ilə bağlı suallar yaran­dığını bildirib.
Kiyevə təşkil edilən son hava hücumunda azı 4 nəfər həlak olub, təxminən 30 nəfər yaralanıb. Azərbaycan səfirliyinin əməkdaşları xəsarət almayıb.