"Barselona" son dəqiqə qolu ilə qələbə qazandı

La Liqanın IX həftəsində "Barselona" azarkeşləri önündə "Jirona" ilə üz-üzə gəlib. 

Ev sahibləri qarşılaşmanın sonuncu dəqiqəsində 3 xalı qazanıb. 

Belə ki, gərgin keçən matçın 90+4-cü dəqiqəsində Arauxo hesabı 2:1 edib. 

Beləliklə, "Barsa" turnir cədvəlində liderliyə yüksəlib.