İsrailin İordaniya ilə sərhəd-keçid məntəqəsinə silahlı hücum olub, 2 nəfər ölüb

İordan çayının qərb sahili və İsraillə İordaniya arasındakı sərhəd-keçid məntəqəsində atışma baş verib.

İsrail mediası xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb və hücumu törədən şəxs zərərsizləşdirilib.

Ölənlərin İsrail vətəndaşları olduğu bildirilir.