Minlərlə israilli Qəzzaya nəzarətə qarşı aksiyaya qoşulub

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağına nəzarəti təmin etmək qərarı fonunda minlərlə insan Təl-Əviv və İsrailin digər şəhərlərində etiraz aksiyası keçirib.

Bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

"İsrail Qəzzanı ələ keçirmək üçün planlaşdırdığı missiyaya başlamazdan əvvəl minlərlə etirazçı şənbə gecəsi Təl-Əvivdə və bütün İsrail şəhərlərində toplaşaraq, girovlarla bağlı razılaşma və atəşkəsə çağırıb. Girovların ailələri, yaxınları üçün ölüm hökmü anlamına gələcəyini xəbərdar etdikləri plana qarşı ümumi tətilə çağırıblar.", - məlumatda deyilir.

Qəzetin yazdığına görə, bu, İsraildə son ayların ən böyük etiraz aksiyasıdır.

Təl-Əvivdə azı on min insan toplaşıb. Qəzet bildirir ki, etirazlar ölkənin onlarla başqa şəhərində də keçirilir.