Kərbəla valisi: Ərbəin zamanı əməliyyat keçirməyi planlaşdıran 22 terrorçu həbs edilib

Kərbəla valisi Nasif Casim əl-Xəttabi Ərbəin yürüşündə İmam Hüseynin (ə) ziyarətçilərini hədəf alan böyük terror aktının qarşısı alındığını açıqlayıb.

Əl-Xəttabi keçirdiyi mətbuat konfransında: “Təhlükəsizlik qüvvələri Ərbəin mərasimi zamanı terror aktı törətməyə cəhd edən 22 İŞİD terrorçusunu həbs etməyə müvəffəq olub.

Terrorçular çoxsaylı cinayət əməliyyatlarında, o cümlədən təhlükəsizlik qüvvələrini və husilərin yürüşlərini hədəf alan bombaların yerləşdirilməsində iştirak ediblər. Bu terrorçulardan bəziləri həmçinin Kərbəlanın cənub oxu boyunca ziyarətçiləri zəhərləməyə cəhd ediblər.

Həbs edilən şəxslərin xarici təşkilatlarla, bəzilərinin isə sionist rejimlə əlaqəsi var” deyib.

Əl-Xəttabi həmçinin Hüseyniyyədə növbəti terror cəhdinin uğursuzluğa düçar olduğunu açıqlayıb və əlavə edib ki, terrorçuların nəzərdə tutduğu cinayət silahları tapılaraq ələ keçirilib.

Kərbəla valisi sözlərini belə yekunlaşdıraraq vurğulayıb ki, terrorçular məhkəməyə verdikləri etiraflarda İŞİD terror təşkilatına bağlılıqlarını sübut etmək üçün hətta öz ailələrinə qarşı təhlükəli əməllər törətdiklərini etiraf ediblər.