Qəzzada bomba partlaması nəticəsində 5 İsrail hərbçisi məhv edilib, 14-ü yaralanıb

Qəzzanın şimalında yerləşən Beyt Hanun bölgəsində yol kənarında bombanın partlaması nəticəsində İsrail ordusunun 5 hərbçisi məhv edilib, 14 hərbçisi isə yaralanıb.

APA-nın məlumatına görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

Yaralı hərbçilər helikopterlə təxliyə edilərək xəstəxanaya aparılıblar.