Alonsonun debüt oyununda "Real" heç-heçə etdi

Klublararası dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

H qrupunda yer alan İspaniyanın "Real Madrid" komandası Səudiyyə Ərəbistanının "Əl-Hilal" kollektivi ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Bu, Xabi Alonsonun "kral klubu"nun baş məşqçisi kimi ilk oyunu olub.