Daha bir inanclı barəsində saxta cinayət işi başladılıb. Bu gün Nizami Rayon Məhkəməsi Elgiz Məmmədov barəsində cinayət işi açıb. İyunun 10-da saxlanılan inanclı saxta narkotiklərlə bağlı ittiham olunub.
Məhkəmə E. Məmmədovu C.M-nin 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham edərək barəsində 4 ay həbs qətiimkan tədbiri seçib.
Xatırladaq ki, Müsəalman Birliyi Hərəkatının üzvü Elgiz Məmmədov Bakı şəhəri Keşlə qəsəbəsində yükdaşıma ilə məşğul ikən naməlum şəxslər tərəfindən iyunun 10-da saxlanılıb.
İnanclı Elgiz Məmmədov barəsində cinayət işi açılıb