İsrail Qəzza zolağına humanitar yardım aparan "Madleen" gəmisini saxlayıb

İsrail hərbçiləri Misirdən Qəzza zolağına humanitar yardım aparan "Madleen" gəmisini saxlayıb.

Bu barədə "BBC" məlumat yayıb.

Məlumata görə, ekoaktivist Qretə Tunberq də bu gəminin göyərtəsində olub.

İsrail rəsmiləri daha öncə bu gəminin anklava çatmasına icazə verməyəcəklərini bəyan etmişdilər.

Adi su ehtiyatının belə tükəndiyi Qəzza İsrailin sərt blokadası altındadır. Soyqrım rejmi bura dərman ləvazimatları da daxil olmaqla bütün zəruri ehtiyacların gəlişini bloklayıb.