"Kanal 13"ün aparıcısı azadlığa buraxıldı

Ötən ay həbs edilən “Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı azadlığa buraxılıb. O, 30 günlük inzibati cəzasını başa vuraraq azadlığa çıxıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Qeyd edək ki, R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə Xətai Rayon Məhkəməsinin qərarına əsasən 30 sutka inzibati qaydada həbs edilmişdi.