Türkiyə ordusu 2 şəhid verdi

Türkiyənin Tunceli şəhərində əsgərlərlə PKK terrorçuları arasında silahlı qarşıdurma yaşanıb.
 
CNNTürk-ə istinadən xəbər verilir ki, hadisə zamanı 4 hərbçi yaralanıb. Tunceli Dövlət Xəstəxanasına yerləşdirən əsgərlərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb.
 
Ərazidə anti-terror əməliyyatı davam etdirilir.