MBH üzvü Elvin Quliyevin növbəti məhkəmə iclası baş tutub

Yanvarın 11-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Elvin Quliyevin məhkəsi davam edib. Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçən iclasda şahidlər dindirilib. İclasda E. Quliyevin “cibindən narkotikin çıxarılmasına” şahidlik edən hal şahidi dindirilməli idi. Lakin o, məhkəməyə gəlmədiyi üçün proses baş tutmayıb.

İttihamla bağlı vəkil Babək Həmidovun suallarını cavablandıran E. Quliyev bütün bu ittihamların əsassız olduğunu, onun inancı səbəbindən həbs olunmasını məhkəmə iştirakçılarının diqqətinə çatdıraraq bir daha ittihamları rədd edib. Hakim isə öz növbəsində tərəflərin dinlənildiyini bildirərək gələn məhkəmə iclası üçün məhkəmənin yekunlaşdırılacağını bildirib. Bunun üçün o, vəkilə hazırlaşmağı da tövsiyyə edib.

Məhkəmənin növbəti iclası 1 fevral saat 15:00-a təyin edilib.

Müsəlman Birliyi Hərəkatının üzvü Elvin Quliyev 2023-cü il, 10 mart tarixində saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, 2022-ci ilin sonlarından etibarən inanclılara qarşı başlanan reperesiya hal-hazırda da davam etməkdədir. Həbs olunan inanclıların sayının yüzləri ötdüyü bildirilir.