İraq parlamenti Türkiyə ilə ticarətin dayandırılmasını istəyib

İraq Parlamentinin Kənd Təsərrüfatı, Su və Bataqlıqlar Komitəsi Ankaranın Bağdadla su axını ilə bağlı danışıqlara cavab verməməsi və ya əməkdaşlıq etməməsi səbəbindən Türkiyə ilə ticarəti dayandırmağa çağırıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, komitənin sədri Faleh əl-Xəzali dövlətə məxsus əl-Sabah qəzetinə bildirib: "Komitənin Ankara ilə danışıqları dəstəkləməsinə baxmayaraq, Türkiyə tərəfi su faylı və İraqa su axınının artması ilə bağlı cavab vermir və ya əməkdaşlıq etmir".

"Bu, komitənin Türkiyə ilə ticarət əlaqələrini dayandırmağa çağırmağa səbəb oldu", - Xəzali bildirib.