Dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu barədə Əhməd Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
Komitənin açıqlamasına görə, prosesdə iş üzrə hal şahidlərinin ifadələri dinlənilib.
Prosesi izləməyə gedən Müsavat Partiyasının üzvü Əlikram Xurşidov bildirib ki, hal şahidlərinin ifadələri bir-birini təsdiq etmir:
“Hal şahidləri Əhməd Məmmədlinin həbs olunduğu gün baş verən, dırnaqarası hadisəni bir-birindən fərqli şəkildə təsvir etdilər və əslində özlərini ifşa etdilər. Məhkəmənin gedişatı göstərir ki, Əhməd Məmmədli günahsızdır və ona qarşı irəli sürülən əsassız ittihamlar onun ictimai fəaliyyəti ilə bağlıdır”.
Məlumata görə, Məmmədli çıxışında bildirib ki, hadisənin baş verdiyi taksidəki “təsadüfi sərnişinlər”in bir-birini əvvəldən tanıyıblar və onların bir-birini tanımaması barədə iddialar həqiqəti əks etdirmir.
Prosesi izləyən Azərbaycan Talışları İctimai Şurası İdarə Heyətinin üzvü Hilal Məmmədovun sözlərinə görə, Məmmədlinin suallarından sonra hal şahidlərinin hər ikisinin Naxçıvanın eyni qəsəbəsindən olduqları məlum olub:
“Hal şahidləri bunu təsadüf adlandırdılar. Həmin anda Əhməd Məmmədlinin vəkili Elçin Sadıqov müdaxilə edərək bildirdi ki, əgər bir-birinizi tanımadan taksiyə əyləşmisinizsə, bəs necə olur ki, sosial şəbəkədə də bir-birinizin dost siyahısındasınız? Bu, prosesin əvvəlcədən hazırlanmış ssenari üzrə qurulduğunu göstərir. Ölkədə bir gənci həbs etmək üçün belə bir şouya ehtiyac yaranıb”.
Əhməd Məmmədli öncəki proseslərin birində saxlanıldığı gün yaşadıqlarını belə təsvir etmişdi:
“Taksidə öndə, sürücünün yanında bir qadın oturmuşdu. Sürücünün arxasında zərərçəkmiş kimi tanınan Vüqar Dünyamalıyev, qapı tərəfdə isə mən əyləşmişdim. Bizim ortamızda isə tanımadığım başqa şəxs əyləşmişdi. “Manatlıq taksi” idi və son sərnişin mən idim. Yol boyu hər hansı bir mübahisə olmayıb. Hər kəs yorğun qayıdırdı. Daha sonra Vüqar sürücüyə düşəcəyini dedi. Maşın kor nöqtədə, yolun sağ tərəfində saxladı, sonra qapı açıldı. Çöldə bir nəfər hazır gözləyirdi. Mən oturduğum tərəfin qapısını açdı. Məni çölə çıxarıb yerə atdı. Daha sonra Vüqar yaxınlaşdı və mənə ağır xəsarətlər yetirməyə başladı. Mənə işgəncə verirdilər, bədənimə tok verirdilər, hətta gözümdən qan gəlirdi. Onda başa düşdüm ki, artıq polis tərəfindən saxlanılmışam. Mənə suallar verməyə başladılar: “Hansı mediada işləyirsən? Kimin məhkəməsinə getmisən?” və s. İşgəncələrdən sonra məni qandallayıb maşına qoydular. Mən polis maşınında əyləşib xəyali cinayətin qurulmasına baxırdım. Yalandan yerə bıçaq atdılar, Vüqar yerə yıxılıb qışqırmağa başladı. İzləyirdim görüm hansı ssenari quracaqlar. Ərazini lentlədilər, bıçağı isə götürüb sellofana qoydular”.
Əhməd Məmmədli mayın 6-da saxlanılıb və mayın 8-də barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.
Özü ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Əhməd Məmmədli: “Taksidəki guya təsadüfi sərnişinlər bir-birini öncədən tanıyıblar”