Gürcüstan DTX Batumidə İŞİD-ə qarşı əməliyyat keçirib, 2 nəfər saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xİdməti (DTX) Batumidə İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DTX yayıb.

Bildirilib ki, iki ayrı məkana eyni vaxtda həyata keçirilmiş basqın nəticəsində odlu silahlar, əl qumbaraları, terror qruplaşmasının simvolları və digər dəlillər ələ keçirilib.

Əməliyyat-istintaq tədbirləri nəticəsində iki Gürcüstan vətəndaşı saxlanılıb.