Freedom House təşkilatı aprelin 11-də illik “Keçid ölkələri” hesabatını yayıb. Mərkəzi Avropa və Mərkəzi Asiyanın keçmiş kommunist ölkələrində demokratik vəziyyəti dəyərləndirən hesabatda 29 ölkədən 10-da demokratik geriləmə, yanlız 5 ölkənin göstəricilərində irəliləyiş qeydə alındığını vurğulanır.
Hesabata görə, 20 ildir ki, regionda demokratik idarəetmə tənəzzülə uğramaqda davam edir. Bu xüsusda Rusiya, Tacikistan və Qırğızıstanla yanaşı Azərbaycanın göstəriciləri son 20 ildə ən aşağı nöqtəsinə düşüb.
Son illərdə baş verənlərin regionda qütbləşməni sürətləndirdiyini qeyd edən Freedom House avtoritar hücumların artması ilə region ölkələrinin iki əks bloka ayrıldığını vurğulayır: liberal və demokratik nizama sadiq ölkələr və bu prinsipləri zorakılıqla rədd edən ölkələr.
Ötən illərdə olduğu kimi bu il də “möhkəmlənmiş avtoritar rejimlər” sırasında yer alan Azərbaycan son 20 ildə demokratiyanın ən çox tənəzzül etdiyi ölkələr sırasındadır.
Azərbaycan demokratiya göstəricilərinə görə 1.7 balla (minimum 1, maksimum 7 bal) yalnız Türkmənistan (1.0 bal), Tacikistanı (1.04) qabaqlayır və Rusiya (1.7) ilə eyni sıranı bölüşür.
Azərbaycan hökuməti sivil cəmiyyət və qeyri-hökumət təşkilatlarının ölkədə sərbəst fəaliyyət göstərməsi üçün məkanı sərt şəkildə məhdudlaşdırıb. Ölkənin sivil cəmiyyət üzrə göstəricisi son 20 ildə 2.00 bal düşüb.
2005-ci ildə 2.14 ballıq göstəricisi olan Azərbaycan son 20 ildə bütün göstəricilər: vətəndaş cəmiyyəti, qanunvericilik və məhkəmələrin azadlığı, müstəqil media, milli demokratik idarəetmə, korrupsiya, seçki prosesi və yerli idarəetmə üzrə geriləmə nümayiş etdirir.
Freedom House Azərbaycan hökumətinin xüsusən ölkədə vətəndaş cəmiyyətinin və beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) sərbəst fəaliyyət göstərməsi üçün məkanı ciddi şəkildə məhdudlaşdırdığını qeyd edir.
Hesabatda Qarabağ mövzusuna toxunularaq qeyd edilir ki, Bakı “aylarla davam edən blokada ilə sentyabr ayındakı hücuma” zəmin yaradıb və nəhayət hərbi hücum 120 min etnik erməni əhalini “canlarını qurtarmaq üçün qaçmağa” sövq edib.
Hesabatın həm-müəlliflərindən olan Mayk Smeltzer Amerikanın Səsinə Azərbaycanda insan hüquqları vəziyyəti və “Bakıda Qarabağdan qaçan etnik ermənilərin mövcudluğunu qəbul etməkdən imtina edən” rejimin avtoritar mahiyyətinin iki ölkə arasında sülh müqaviləsinin yaranmasına əngəllərdən biri olduğunu deyib.
Freedom House “etnik təmizləmə” adlandırdığı bu hadisələr zamanı Rusiya sülhməramlılarının müdaxilə etmək üçün heç bir səy göstərmədiyini qeyd edir.
Rəsmi Bakı bugünədək “etnik təmizləmə” ilə bağlı ittihamları rədd edib və Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini bildirib.
Hesabat müəlliflərinin fikrincə, Azərbaycan prezidenti İlham Əliyev Qarabağdakı zəfərdən hakimiyyətini daha da möhkəmləndirmək və legitimliyini gücləndirmək üçün yararlanıb.
“Dekabr ayında o, seçki tarixini tam bir il irəli çəkərək 2024-cü ilin fevralında növbədənkənar prezident seçkilərinin keçirilməsinə çağırıb. Eyni zamanda, onun rejimi ölkənin onsuz da sıxışdırılmış müstəqil mediasına və siyasi müxalifətinə qarşı ABŞ casus şəbəkəsinin dağıdılması adı ilə növbəti repressiyaya başladı”, hesabatda vurğulanır.
Hesabatda o da qeyd edilir ki, demokratik siyasətçilər Avropanın qaz təchizatının Rusiyadan asılılığını azaltmaq səylərindəki ziddiyyətin ya fərqində olmayıblar, ya da bunu önəmli saymayıblar. Qaz təchizatında Azərbaycan da daxil olmaqla, başqa avtoritar ixracatçılara üz tutulması da bunun göstəricisidir.
“Belə görünür bir çox Qərb ölkəsi bu qazı almaqdan məmnundur, eyni zamanda həmin ölkədə gördüyümüz insan hüquqları pozuntularına qarşı mübarizə aparmaq da istəmir,” Mayk Smeltzer bildirib.
Bu ilin hesabatında Ukrayna demokratiya reytinqini ən çox yaxşılaşdırmış ölkə sayılır, hökumətin ədliyyə sistemini, eləcə də antikorrupsiya mübarizəsini gücləndirdiyi vurğulanır. Bundan əlavə, Polşanın demokratik geriləmədən qurtulmasının regionun gələcəyi üçün həlledici olacağı qeyd edilir.
Regionun ən yaxşı demokratiya göstəricisi olan ölkələr isə Estoniya (6.0), Latviya (5.79) və Sloveniyadır (5.79). Cənubi Qafqaz ölkələrindən Ermənistanın göstəricisi 3.07 bal, Gürcüstanın isə 3.04 bal olub.
Rəsmi Bakı Freedom House təşkilatının hesabatı ilə bağlı hələlik mövqe bildirməyib. Ancaq Azərbaycanın hökumət nümayəndələri adətən beynəlxalq təşkilatların tənqidi hesabatları ilə razılaşmır, onların qərəzli olduğunu bildirir. Azərbaycanlı rəsmilər ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini qeyd edirlər.
AmerikanınSəsi
Freedom House təşkilatının yeni hesabatında Azərbaycanda avtoritarizmin gücləndiyi vurğulanır