Polis İsrailin Təl-Əviv şəhərində hökumət əleyhinə etirazları sərt şəkildə yatıraraq ən azı beş nümayişçini saxlayıb.
Təl-Əviv yenidən hökumət əleyhinə etirazlara səhnə olub. Yüzlərlə nümayişçi Begin Road-a toplaşaraq, İsrailin Qəzzada törətdiyi qırğınlara etiraz edib və hökuməti müharibəni dayandırmağa və girovları evlərinə qaytarmağa çağırıb.
İsrail hökumətinin Qəzzanı tamamilə işğal etmə planının daha çox fələstinli və İsrail əsgərinin ölümünə səbəb olacağını vurğulayan nümayişçilər, “Niyə hələ də Qəzzadadırlar?”, “Ölüm hökumətinin qalib gəlməsinə icazə verə bilmərik”, “Qəzzanın işğalını rədd edirik” kimi şüarlar səsləndiriblər.
Polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edərək aksiyanı sərt şəkildə dağıdıb. İsrail mediası ən azı beş nümayişçinin polis tərəfindən saxlanıldığını bildirib.
Etirazçılar Təl-Əviv küçələrinə çıxaraq İsrailin Qəzzanı işğal siyasətinə qarşı çıxıblar