DSX sərhəd buraxılış məntəqələrində yaranmış ləngimələrə aydınlıq gətirib

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

"Operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılmış, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib", - məlumatda deyilir.