05 November 2026

"Barselona" son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb

"Sabah"ın UEFA Çempionlar Lqiasının əsas mərhələsindəki rəqibi "Barselona" baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında cari mövsümdə keçirdiyi 15 rəsmi matçda 60 qol vuraraq son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb.

Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının IV turunda "Aston Villa"ya (İngiltərə) 3 cavabsız qol vurmaqla bu göstəriciyə çatıb.

Qollardan birini Lamin Yamal, ikisini isə Rafinya vurub.

Tramp və müttəfiqləri İranın bu “qırmızı xətti”ni keçmək istəsələr, onların ayaqlarını qıracağıq

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib.

Vilayəti bu barədə “İttilaat” qəzetində yayımlanan “Ermənistan Baş nazirinə açıq və səmimi müraciət” başlıqlı məqaləsində bildirib.

Media və Yayım Şurası, həbsxanalarda girov saxlanılan azad söz keşikçiləri haqda nə zaman səsiniz çıxacaq?

“Toplum TV işi” üzrə 12 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Fərid İsmayılov son günlər hökumətyönlü media qurumlarının əməkdaşlarına qarşı baş verən hücumlar və rəsmi qurumların bu hadisələrə reaksiyası barədə yazı qələmə alıb.

Jurnalist yazısında Daxili İşlər Nazirliyi və Media və Yayım Şurasının sözügedən hadisələrə münasibətini həbsdə olan müstəqil jurnalistlərlə bağlı mövqeləri ilə müqayisə edir.

Fərid İsmayılovun yazısını olduğu kimi təqdim edirik.

Sionist və vəhhabi qruplaşmaları Həşdi-Şabini dağıtmağı hədəfləyir

İraqın Nücəba Hərəkatı, XSQ Qanununa təklif olunan dəyişikliklərin təşkilatın strukturunu zəiflətmək və dağıtmaq məqsədi daşıdığını və heç bir halda qaydaları qəbul etməyəcəklərini bildirib.

Hərəkat bu dəyişikliklərin arxasında "sionist, vəhhabi və şübhəli qruplaşmaların" dayandığını vurğulayıb.

İlon Mask bir gündə 30 milyard dollar itirdi

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçki fonunda təxminən 30 milyard dollar itirib.

Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, itkilərin əsas hissəsi "SpaceX" şirkətinin səhmlərinin dəyərdən düşməsi ilə bağlıdır. Bu amil Maskın sərvətinin 20 milyard dollardan çox azalmasına səbəb olub.

Çempionlar Liqası: "Lans" - "Komo" matçında 10 qol vuruldu

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti matçları keçirilib.

İkinci oyun günündə daha 9 qarşılaşma baş tutub.

"Sabah" səfərdə "Vikinq"in qonağı olub. Türkiyənin "Fənərbağça" komandası evdə "Liverpul"la üz-üzə gəlib.

"Borussiya" klubu Almaniyada "Betis"lə, "Arsenal" isə Çexiyada "Slaviya" ilə qarşılaşıb.

UEFA Çempionlar Liqası

Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb

“İran xalqı ABŞ prezidenti Donald Trampa böyük məğlubiyyət yaşadıb”.

Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi öz “X” hesabında bildirib.

O qeyd edib ki, İran xalqı döyüş meydanında və Hörmüz boğazında böyük strateji, Vaşinqtonda isə ağır siyasi məğlubiyyəti Trampa qəbul etdirib.

Özəl məktəblər şagirdlərin hicablarını açmaları üçün onlara 20 gün möhlət verib

Noyabrın 3-də hicablı şagirdlərin valideynləri Bakıda yerləşən özəl məktəblərə dəvət olunublar. Valideynlərə məktəbə gətirilən şagirdlərin hicablarını açmaları üçün 20 gün möhlət verildiyi deyilib.

Bununla yanaşı, dövlət ümumtəhsil məktəblərindən uzaqlaşdırılan hicablı şagirdlərin özəl məktəblərə qəbulu da noyabrın 2-dən dayandırılıb. Bu məlumatları Qəzetçi özəl və dövlət ümumtəhsil məktəblərində oxuyan şagirdlərin valideynlərindən əldə edib.