Ayətullah Sistani livanlı bir qrup yetimi öz himayəsinə götürür
Ayətullah Seyid Əli Sistaninin Livan nümayəndəliyi Livana edilən hücumlar nəticəsində yetim qalmış uşaqlara yardım göstərilməsi üçün yeni humanitar təşəbbüs elan edib.
Ayətullah Seyid Əli Sistaninin Livan nümayəndəliyi Livana edilən hücumlar nəticəsində yetim qalmış uşaqlara yardım göstərilməsi üçün yeni humanitar təşəbbüs elan edib.
Gürcüstanın Marneuli şəhərində İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mövludu, eyni zamanda “Vəhdət həftəsi” münasibətilə təntənəli mərasim təşkil olunub.
Tədbirin aparıcısı Hacı Çingiz Əliyev qonaqları salamlayıb.
Bayram mərasiminin açılışı Hacı Rahid Kərimovun Qurani Kərimdən tilavət etdiyi ayələrlə başlayıb.
Hörmüz boğazında Britaniya tankerinə silahlı hücum edilib.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) məlumat yayıb. Bildirilir ki, hadisə avqustun 29-da Omanın Xasab şəhərindən 22 kilometr şimalda, gəmi Körfəzə doğru hərəkət edərkən baş verib.
UKMTO-nun bəyanatında tankerin boğazdan keçərkən naməlum mərmi ilə vurulduğu bildirilir. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan və ya ciddi dağıntı qeydə alınmayıb.
Türkiyə Super Liqasının üçüncü turunda "Fənərbağça" səfərdə "Samsunspor"la qarşılaşıb.
Qonaqlar 0:2 hesabı ilə qalib gəliblər.
"Fənərbağça"nın qollarını üçüncü dəqiqədə Edin Dzeko və 49-cu dəqiqədə Oğuz Aydın vurublar.
Bu qələbədən sonra "Fənərbağça" xallarının sayını altıya yüksəldərək turnir cədvəlində üçüncü pilləyə qalxıb. "Samsunspor" isə dörd xalla doqquzuncu sırada qalıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ hərbi bazalarına endirilən zərbələr nəticəsində qırıcı təyyarələrin dislokasiya məntəqələrinin və onların texniki xidmət infrastrukturunun məhv edildiyini açıqlayıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
SEPAH-ın açıqlamasında hücumun ABŞ-ın İranın Larak adasına endirdiyi zərbəyə cavab olaraq həyata keçirildiyi bildirilib.



