19 July 2026

"Onlar Livanı nifaq cəhənnəminə itələyirlər"

Livanın Cəfəri Baş Alimi Şeyx Əhməd Kabalan mövcud siyasi hakimiyyətin yürütdüyü siyasətin milli birliyi təhdid etdiyini və ölkəni daxili münaqişə riski ilə üzləşdirdiyini bildirib.

Şeyx Əhməd Livan hökumətinin qəbul etdiyi idarəetmə yanaşmasının və siyasi kursunun milli birliyi birbaşa təhdid etdiyini və ölkənin ciddi daxili risklərlə üzləşdiyini xəbərdar edib.

Messi geridə qaldı- Mbappe 22 oyunda 22 qolla dünya futbol tarixini yenidən yazdı

Fransa millisinin və Madrid "Real"ının ulduzu Kilian Mbappe dünya futbolunda yeni tarixi səhifə açıb. Cəmi 22 Dünya Çempionatı oyununda vurduğu 22-ci qolla o, mundiallar tarixinin ən məhsuldar futbolçusu adına sahib çıxaraq Lionel Messini geridə qoyub. Mpappe bu uğuruna Dünya Çempionatı 2026-da ölkəsinin İngiltərə ilə oynadığı bürünc medallar uğrunda oynadığı oyunda vurduğu iki qolla nail olub.

İranın hücumlarından sonra ABŞ-dakı senatorlar müharibəyə etiraz edir

İranın regiondakı ABŞ hərbi bazalarına yönələn zərbələri nəticəsində amerikalı hərbçilərin həlak olmasından sonra, ABŞ-ın bir çox nüfuzlu siyasətçisi və konqresmeni mövcud hərbi münaqişənin dərhal dayandırılması üçün çağırışlar etməyə başlayıblar.

Merilend ştatından olan senator Kris Van Hollen (Chris Van Hollen) öz rəsmi “X” (keçmiş Twitter) hesabında etdiyi paylaşımda, zərbələrdən zərər çəkənlərin ailələrinə başsağlığı verərək müharibəni “mənasız” adlandırıb:

Rusiya Kiyevə güclü raket zərbələri endirdi

Ukrayna rəsmilərinin məlumatına görə, Rusiya bazar günü səhər saatlarında Kiyevə son dövrlərin ən genişmiqyaslı ballistik raket hücumlarından birini həyata keçirib.

Bildirilib ki, hücum təxminən beş saat davam edib. Hadisə nəticəsində azı bir nəfər həlak olub, yeddi nəfər yaralanıb. Paytaxtın müxtəlif hissələrində yanğınlar baş verib və yaşayış binaları ilə digər tikililərə ziyan dəyib.

Təbriz–Bakı–Məşhəd marşrutu üzrə ilk müntəzəm aviareys həyata keçirilib

İranın milli aviadaşıyıcısı “Homa” aviaşirkəti Təbriz–Bakı–Məşhəd marşrutu üzrə ilk müntəzəm reysi həyata keçirib.

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qeyd edilib kli, bu gündən etibarən hər bazar günü həyata keçiriləcək reys iki ölkə arasında hava əlaqələrini gücləndirmək məqsədilə təşkil olunub.

İngiltərə dünya üçüncüsü oldu

Futbol üzrə 2026-cı dünya çempionatında İngiltərə üçüncü yerin sahibi olub.

Fransa ilə qarşılaşan ingilislər bürünc medal uğrunda matçda 6:4 hesablı qələbəyə seviniblər.

Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellinqem (90+8) fərqləniblər. "Xoruzlar"dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.

ABŞ-İran müharibəsi başlayandan bəri 16 ABŞ hərbçisi həlak olub

ABŞ-İran müharibəsi başlayandan bəri həlak olan ABŞ hərbçilərinin sayı 16-ya çatıb, yaralananların sayı isə 430-u keçib.

Bu barədə “Associated Press“ (AP) məlumat yayıb.

Qeyd edək ki, dünən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın İordaniyadakı ABŞ hərbi bazasına endirdiyi zərbələr nəticəsində 2 ABŞ hərbçisinin həlak olduğunu, 1 hərbçinin isə itkin düşdüyünü açıqlayıb.

İran çoxsaylı ABŞ helikopterlərini sıradan çıxarıb

İranın İordaniyadakı ABŞ bazalarına endirdiyi zərbələr nəticəsində xeyli sayda helikopterə zərər dəyib.

Məlumatı "New York Times" qəzeti mənbələri yayıb.

Mənbələrin qiymətləndirməsinə görə, İranın hücumlarının miqyası və ABŞ hərbi obyektlərinə dəyən ziyan Tehranın nəinki əhəmiyyətli raket arsenalına sahib olduğunu, həm də ABŞ hava hücumundan müdafiə sistemlərindən uğurla yayınmağı öyrəndiyini göstərir.