13 July 2026

İqbal Əbilovun Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qaldığı bildirilir

Bakı İstintaq Təcridxanasında cərimə kamerasına salınan talış tədqiqatçısı İqbal Əbilovun döyüldüyü, saatlarla dəmir çarpayıya bağlandığı və bədənində müxtəlif xəsarətlərin yarandığı bildirilir.

Bu barədə Əbilovun yaxınları məlumat yayıblar. Onların sözlərinə görə, tədqiqatçının qolları dəmir çarpayıya bağlanıb, bədəninin müxtəlif nahiyələrində göyərmələr və ağır xəsarətlər yaranıb.

Baş prokuror: "Əfqan Sadıqov jurnalist hüquqi statusuna malik deyil"

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl Oflaherti iyunun 30-da Azərbaycanın baş prokuroru Kamran Əliyevə məktub ünvanlayıb.

O, 2024-cü ildə Azərbaycan prezidenti İlham Əliyevə yazdığı məktuba istinad edərək həbsdə olan jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti üzvlərinin azadlığına çağırış etdiyini xatırladıb.

İran ordusu Hörmüz boğazının Tehranın nəzarəti altında qalacağını bildirir

İran ABŞ-ın Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə vermir və heç vaxt da buna icazə verməyəcək.

Bunu İran ordusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zolfoqari deyib.

O bildirib ki, İran ABŞ ordusu tərəfindən tankerlərin və ticarət gəmilərinin tranzitinə yaradılacaq hər bir maneə və təhlükənin qarşısını qətiyyətlə alacaq.

Mirşahin bu addımı ilə etiraf edir ki, onlar izlənilmir

Xalıq akademik Calal Əliyevi unutmağa başlayanda Mirşahin Ağayev mütləq elə bir fikir sərgiləməlidir ki, hər şey geriyə qayıtsın. Bu dəfə də Real Tv başçısı heç bir peşə qaydalarına sığmayan növbəti məntiqsiz fikir sərgiləyib. Həqiqətdə öz gözündə tükü görməli olduğu halda özgəsinin gözündə tir axtaran Mirşahinin növbəti hədəfi televiziyani izləməyənlər olub.

Aleksandr Duqin: Lindsi Qrehemin qəfil ölümü Tramp üçün bir işarədirmi?

Rusiyalı strateq Aleksandr Duqin sosial media hesabında ABŞ senatoru Lindsi Qrehemin qəfil ölümü ilə bağlı təəccüblü qiymətləndirmələr edib. Duqin Qrehemin qəfil ölümünün Trampa bir mesaj olduğunu bildirib. Duqinin açıqlamalarının təfərrüatları bunlardır...

Aleksandr Duqin Lindsi Qrehemin qəfil ölümünün arxasında İranın dayandığına inanmadığını bildirib və aşağıdakı ifadələrdən istifadə edib:

Azərbaycanda saytların bloklanması ilə bağlı səlahiyyətlər genişləndirildi

İyulun 10-da Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər qəbul edib.

Yeni qaydalara əsasən, dövlət qurumları artıq daha çox hallarda internet resurslarına məhkəmə qərarını gözləmədən müvəqqəti giriş məhdudiyyəti tətbiq edə biləcək.

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

125 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı Soslan Qabuyevlə qarşılayıb. Görüş Yusifin qələbəsi ilə yekunlaşıb. Bununla da, o, Avropa çempionu olub.

Son 24 saatda ABŞ və İran ordusu arasında nələr yaşandı?

Hörmüz Boğazında gərginliyin artması tərəflərin qarşılıqlı hərbi əməliyyatları nəticəsində genişmiqyaslı müharibəyə çevrilib. ABŞ-ın İranın cənubundakı hərbi və iqtisadi obyektləri hədəf alan hava hücumlarına cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədəki Amerika üslərinə ballistik raketlər və PUA-larla zərbələr endirib.