05 June 2026

Azovda xarici yük gəmilərinə dron hücumu olub - 5 həmvətənimiz həlak olub

Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Qeyd etmək istərdik ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərin vurulması ilə bağlı yerli medianın sualına cavabında qeyd olunub.

Dünya çempionatında 40 yaşdan yuxarı yeddi futbolçu oynayacaq

2026-cı il Dünya çempionatı üçün heyətlər açıqlanıb və 40 yaşdan yuxarı yeddi oyunçu meydanda olacaq.

11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya çempionatında oynayacaq 40 yaşdan yuxarı oyunçular arasında turnirdə 6-cı dəfə meydana çıxacaq 41 yaşlı portuqaliyalı ulduz Kriştiano Ronaldo da var.

Turnirdə meydana çıxacaq ən yaşlı oyunçu 43 yaş 162 günlük şotlandiyalı qapıçı Kreyq Qordon olacaq.

İran ordusu ABŞ-ın Oman dənizindəki esmineslərini raket və dronlarla atəşə tutub

İran Oman dənizində ABŞ hərbi gəmilərinə raket və dron hücumu edib.

“Tasnim”in xəbərinə görə, bu barədə İran ordusu bəyanat yayıb.

Qeyd edilib ki, “Qədir” tipli raket və yeni növ dronlar xəbərdarlıq məqsədilə ABŞ-ın Oman dənizindəki “DDG-103” və “DDG-87” adlı esminesləri istiqamətində buraxılıb.

Bildirilib ki, bundan sonra həmin esmineslər Hind okeanına doğru çəkilib.

CNN: İsrail İranla müharibədə Azərbaycana hərbi və kəşfiyyat bölmələri yerləşdirib

İsrail İranla müharibə zamanı Tehrana qarşı əməliyyatları asanlaşdırmaq məqsədilə Yaxın Şərq boyunca yaradılmış gizli obyektlər şəbəkəsinin bir hissəsi kimi Azərbaycana elit hərbi və kəşfiyyat bölmələri yerləşdirib. Bu haqda CNN dörd mənbəsinə istinadən məlumat yayıb.

İslam dünyasına baş sağlığımızı bildiririk

"Biz Allahdanıq və şübhəsiz ki, Ona tərəf qayıdacağıq" (Bəqərə, 156)

İslam dünyasının böyük mütəfəkkir alimi Ayətullah Məhəmməd İshaq Fəyyaz haqqın dərgahına qovuşub. Nəcəf hövzəsinin dəyərli alimi İslam dünyasına xüsusi töhfələr vermiş şəxsiyyətlərdən biri idi.

O, Seyid ƏbülQasim Xoyinin görkəmli tələbəsi və ondan ictihad icazə alan azsaylı şəxslərdən sayılırdı.

Aİ Ermənistana 50 milyon avroluq yardım paketi hazırlayır

Avropa İttifaqı (Aİ) Ermənistan üçün maliyyə yardımı paketi hazırlayır. İlkin mərhələdə yardımın həcmi ən azı 50 milyon avro olacaq. Bu barədə iyunun 4-də Avropa Komissiyasının sədri Ursula von der Lyayen məlumat verib.

“Reuters” yazır ki, bu qərarın səbəbi Rusiyanın Ermənistana qarşı ticarət məhdudiyyətləridir. Fon der Lyayen həmin tədbirləri iqtisadi məcburetmə adlandırıb və onların qəbuledilməz olduğunu bildirib.

İnqilab Rəhbəri: Xalqı ümidsizləşdirən hər addım düşmənə xidmətdir

İranda İmam Xomeyninin vəfatının 37-ci ildönümü və Qədir-Xum bayramı münasibətilə keçirilən mərasimdə İslam İnqilabının rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin mesajı oxunub.

Mesaj Tehran şəhərində İmam Xomeyninin məqbərəsində keçirilən anım mərasimində Tehran cümə imamının müavini Höccətülislam Hacı Əli Əkbəri tərəfindən səsləndirilib.

Parataekvondoçularımız Romada iki medal qazandılar

Parataekvondo üzrə dünyanın ən reytinqli idmançılarının iştirak etdiyi Roma Qran-Prisində Azərbaycan milli komandasının üzvləri uğurla çıxış ediblər.

58 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medal qazanıb.

70 kiloqram çəki dərəcəsində yarışan İmaməddin Xəlilov isə yarışın bürünc medalına sahib çıxıb.

Ayətullah İshaq Fəyyazın vəfatı ilə bağlı İraqda üçgünlük matəm elan edildi

İraqda tanınmış şiə dini liderlərindən biri - Ayətullah Məhəmməd İshaq Fəyyaz vəfat edib.

Nüfuzlu ilahiyyatçı Fəyyaz Əfqanıstanın Qəzni vilayətində doğulub, dini təhsilini  İran və İraqda alıb və son illərini də İraqda yaşayıb.

İraq hökuməti ölkədə üç günlük milli matəm elan edib.

Ölkənin baş naziri əl-Zeydi bildirib ki, "İslam elmləri və dini təfəkkür özünün ən görkəmli nümayəndələrindən birini itirib".