16 March 2026

Dini vəzifələr üzrə müsahibəyə 230 namizəd müraciət edib

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması məqsədilə imam, imam müavini, dini ayinlərin icraçısı və qadın dini ayinlərin icraçısı vəzifələri üzrə elan edilmiş müsahibəyə 230 namizəd müraciət edib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, müraciətlər ümumilikdə 61 vakant yer üzrə olub.

Almaniyanın müdafiə naziri ABŞ-ın İrana qarşı hərbi dəstək çağırışını rədd edib

Bu bizim müharibəmiz deyil.

“Reuters“ xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın tərəfdaşlarından dəstək istəməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Pistorius ABŞ Prezidenti Donald Trampın İrana qarşı ABŞ-İsrail müharibəsində hərbi dəstək tələblərini rədd edib.

Avropa Şurasının Nazirlər Komitəsi: “Azərbaycanda hökumət tənqidçilərinin həbsi ilə bağlı AİHM qərarları icra olunmur”

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanda hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları və jurnalistlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrası məsələsini yenidən müzakirə edib. Komitə bildirib ki, bu işlər üzrə hələ də irəliləyiş yoxdur və Azərbaycan hakimiyyəti həmin qərarları tam şəkildə icra etməlidir.

Tramp Qərb müttəfiqlərini Hörmüz boğazına hərbi donanma göndərməyə çağırıb

ABŞ prezidenti Donald Tramp Qərb müttəfiqlərini Hörmüz boğazı bölgəsinə hərbi gəmilər göndərməyə çağırıb. O bildirib ki, məqsəd ticarət gəmilərinin boğazdan təhlükəsiz keçidini təmin etməkdir.

Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələr bölgəyə hərbi donanma göndərməlidir.

"Liverpul" xal itirdi

İngiltərə Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

"Liverpul" doğma meydanda "Tottenhem"lə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hazırda Mersisayd klubu 49 xalla beşinci pillədə qərarlaşıb. Qonaqlar isə 30 xalla on altıncı yerdədir.

Turnir cədvəlinə 70 xalla "Arsenal" başçılıq edir.

Ayətullah Xameneini hədəfləyən ravvinin ölümü günün baş xəbəri oldu

İsrail Ravvin Şurasının rəhbəri Kalmen Berin Ayətullah Xameneinin şəhadəti ilə bağlı mübahisəli sosial media paylaşımı müzakirə mövzusuna çevrilmişdi.

Kalmen Ber sosial mediada Ayətullah Xameneinin şəhadətinə necə sevindiklərini paylaşaraq demişdi: "Bu gün başqa bir Əlini öldürdük və Xeybərin qisasını aldıq".

Bu yəhudi ravvin bu açıqlamanı verdikdən bir həftə keçməmiş İran raketləri ilə onun olduğu ərazini hədəfə alıb və Kalmen Ber öldürülüb.

Azərbaycan XİN: İslamın damğalanması və yanlış təqdimatı qəbuledilməzdir

İslamofobiya, insanların inancına görə onlara qarşı yönəlmiş ayrı-seçkilik və nifrət insan ləyaqətinin, bərabərliyin və qarşılıqlı anlaşmanın ən əsas prinsiplərini sarsıdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı “X” sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.

Bildirilib ki, sözügedən qərəzin cəmiyyətlərimizdə yeri yoxdur.