06 March 2026

Ayətullah Kəəbinin Ali Rəhbərin seçimi ilə bağlı mühüm bəyanatı

“Şəhid Rəhbər” Ayətullah Xameneinin rəyi budur ki, Ekspertlər Məclisi qərarını qanuni və şəriət vəzifələri ilə müəyyən edilmiş meyarlara uyğun olaraq verməlidir.

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Abbas Kəəbi bu gün göndərdiyi mesajda yeni liderin seçilməsi və Ayətullah Xameneinin fikirləri ilə bağlı çox vacib məqamları çatdırıb. Mesajın tam mətni aşağıdadır:

Rəhman və Rəhim olan Allahın adı ilə

İsrail müqəddəs şəhərə hücuma hazırlaşır

İsrail İranın Qum şəhərinə hava hücumu etməyə hazırlaşır.

Bu barədə İsrail tərəfi elan edib.

Qeyd edək ki, Qum müsəlman aləmində müqəddəs şəhərlərdən biri hesab edilir, burada İmam Rzanın (ə) bacısı Xanım Məsumənin (ə) mübarək məzarı, həmçinin tarixçəsi İmam Zamanla (ə.f) bağlı olan Cəmkəran məscidi yerləşir.

Xatırladaq ki, İsrail və ABŞ İranda mülki infrastrukturları, o cümlədən də məktəbləri və xəstəxanaları hədəf alır.

Azərbaycan Kuboku: Mövsümdə ilk, tarixdə 35-ci

Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümündə ilk dəfə penaltilər seriyası zərurəti yaranıb.

Peşəkar Futbol Liqasından bildirilib ki, 1/4 final mərhələsinin “Qəbələ” – “Sabah” cütünün taleyi seriyada həll olunub. Bakıda 0:0, Qəbələdə 3:3 hesablı heç-heçə edən rəqiblərin duelində yekunda paytaxt təmsilçisi qalib gəlib – 4:2. Bu, ölkə kuboku tarixində 35-ci penaltilər seriyası olub.

"İranla müharibənin İsrail iqtisadiyyatına həftəlik dəyəri təxminən 3 milyard dollardır"

İsrailin Maliyyə Nazirliyi İranla davam edən münaqişənin iqtisadi dəyərini açıqlayıb.

İsrail Maliyyə Nazirliyi İranla müharibədən İsrail iqtisadiyyatına dəyən zərərin həftədə 9 milyard şekeli (təxminən 2,93 milyard dollar) keçə biləcəyini açıqlayıb. Reuters-in verdiyi məlumata görə, müharibənin dəyəri hər gün artır.

Samir Babayev saxlanılıb

Keçmiş siyasi məhbus Samir Babayev saxlanılıb. Bu barədə onun yaxınları məlumat verib. S. Babayev yaşadığı evin yaxınlığından bu səhər (6 mart) işə gedərkən saxlanılıb. İki mülki geyimli şəxslərdən ibarət maşınla qarşısı kəsilən inanclı zorla maşına mindirilib və naməlum istiqamətə aparılıb.

Hələ ki, S. Babayev barəsində hər hansı bir məlumat yoxdur və onun hansı dövlət orqanı, nə səbəbdən saxladığı bəlli deyil. 

ABŞ Fars körfəzini itirə bilər - KİV

İranın hücumları qarşısında Fars körfəzi ölkələri artıq ABŞ-nin onları qoruya biləcəyinə inanmırlar. 

Bu barədə "Foreign Policy" jurnalı 

Fars körfəzi ölkələrindəki bütün nizam uzun müddət ABŞ-nin təhlükəsizlik zəmanətlərinə əsaslanırdı. Körfəz liderləri ABŞ prezidenti Donald Trampla əvvəlki Amerika liderləri ilə müqayisədə daha yaxşı münasibətlərə malik olduqlarına inanırdılar.

İran İsrail və ABŞ-a qarşı hücumları daha da genişləndirəcək

İsrail və ABŞ-a qarşı hücumlar daha da genişləndiriləcək.

Bu barədə İran Silahlı Qüvvələrinin “Xatəmül Ənbiya” Mərkəzi Qərargahı bəyanat yayıb.

Bəyanatda növbəti günlərdə İsrail və ABŞ mövqelərinə zərbələrin daha da genişləndiriləcəyi bildirilib.

Eyni zamanda, İsraildə “Ranat Deyvid” aviabazası, “Meiron” radar qurğularının və Küveytdə ABŞ mövqelərinin hədəf alındığı bəyan edilib.