09 February 2026

8 İslam ölkəsi İsrailin qeyri-qanuni siyasətini pislədi

Birgə bəyanatla sərt mövqe

Səkkiz İslam ölkəsi birgə bəyanatla İsrailin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi “ekspansionist və qeyri-qanuni siyasətləri” qətiyyətlə pisləyib. Bəyanat sionist rejim hökumətinin Fələstin torpaqları üzərində nəzarəti daha da möhkəmləndirməyə yönəlmiş yeni qərarlar qəbul etməsindən bir gün sonra yayılıb.

"Kəpəz" cari mövsümdə ilk dəfə heç-heçə etdi

"Kəpəz" klubu cari mövsüm Misli Premyer Liqasında ilk dəfə heç-heçə edib.

Gəncə təmsilçisi XIX turda "İmişli" ilə üz-üzə gəlib.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma qolsuz yekunlaşıb.

Xallarının sayını 19-a çatdıran "İmişli" 9-cu pillədə qərarlaşıb. "Sarı-göylər" 13 xalla 11-ci sıradadır.

Günün ikinci matçında "Turan Tovuz" "Karvan-Yevlax"la üz-üzə gələcək.

Fransız filosof III Respublika Platformasının siyasi məsləhətçisi kimi fəaliyyətə başlayıb

Siyasi filosof, Strasburq Universitetinin professoru Troy Davis III Respublika Platformasının siyasi məsləhətçisi kimi fəaliyyətə başlayıb.

Bu barədə III Respublika Platformasının qurucu üzvü Səməd Rəhimli məlumat verib. 

Platforma açıqlamasında əməkdaşlığın platformanın "ideoloji və institusional inkişafına mühüm töhfə verəcəyini" bildirib. 

Trampın dilemması: İranı vurmalı, ya vurmamalı?..

Fevralın 6‐da Oman Sultanlığının paytaxtı Maskat şəhərində ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar keçirilib. İranın xarici işlər naziri Abbas Araqçi danışıqlardan sonra ehtiyatlı nikbinlik ifadə edib. Onun sözlərinə görə, başlanğıc yaxşdır və etimadsızlıq divarını aşmaq lazımdır. Qarşıdakı günlərdə növbəti görüşün planlaşdırılması da Araqçinin nikbinliyini təsdiqləyir, bu fakt göstərir ki, tərəflər dialoqu davam etdirmək niyyətindədir. 

HƏMAS silahlarını yerə qoymayacaq

HƏMAS lideri Xalid Məşəl qruplaşmanın tərksilah edilməsi cəhdlərini rədd edib.

HƏMAS-ın tanınmış simalarından biri olan Xalid Məşəl bazar günü verdiyi açıqlamada hərəkatın silahlarını təslim etməyəcəyini və Qəzzaya xarici müdaxiləni qəbul etməyəcəyini bildirdi və beləliklə, ABŞ və İsrailin tələblərini rədd edib.

Çin İsrailə yeni investisiyaları qadağan etdi: ölkə “yüksək risk zonası” sayıldı

Çin hökumətinin İsrailə yönələn yeni investisiyaları məhdudlaşdırdığı barədə məhkəmə sənədlərində diqqətçəkən detal üzə çıxıb. Bu məhdudiyyətin İsrailin “yüksək risk zonası” kimi qiymətləndirilməsi ilə bağlı olduğu bildirilir.

İsraildə Çin nəzarətində olan “Ballet Vision” adlı investisiya fondu ilə bağlı məhkəmə materiallarında fond yeni sövdələşmələrə gedə bilməməsinin səbəbi kimi Pekindən verilən göstərişləri göstərib.

Ankaradakı ABŞ səfirliyinin qarşısında etiraz nümayişi keçirilib

ABŞ-ın İrana zərbə endirmək təhdidinə və İsrail rejiminin Qəzzada davam edən qırğınlarına cavab olaraq, İmperializm və Sionizmə Qarşı Təşəbbüs tərəfindən Ankaradakı ABŞ səfirliyinin qarşısında mətbuat açıqlaması təşkil edilib.

8 fevral bazar günü Ankaradakı ABŞ səfirliyinin qarşısında İmperializm və Sionizmə Qarşı Təşəbbüs tərəfindən etiraz nümayişi keçirilib.

“Fakt Yoxla” Rauf Arifoğlunun səsləndirdiyi iddianı yalanladı

“Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu öz müsahibəsində bildirib ki, müxalif media və partiyaların hamısı Heydər Əliyev dövründə formalaşdı, gücləndi, təşkilata, struktura çevrildi.

"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.

1918-ci ildə elan edilmiş AXC parlamentində müxalif mövqedə olan partiyalar da mövcud idi.

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub edib

İngiltərə Premyer Liqasında XXV tura yekun vurulub.

Günün ilk matçında “Brayton” öz meydanında “Kristal Pelas”la üz-üzə gəlib.

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi qarşılaşmasında isə “Liverpul” azarkeşləri önündə “Mançester Siti”ni qəbul edib. Erlinq Haalandın 90+3-cü dəqiqədə penaltidən vurduğu qol “Siti”yə qələbə qazandırıb - 2:1.