Üç güc dünyanın xəritəsini yenidən çəkir – Əfşar Süleymani
Qapalı otaqların sükutunda üç güc (Amerika, Çin və Rusiya) Birləşmiş Millətlər Təşkilatının, Avropanın (Avropa Birliyi və NATO) xəbəri olmadan dünyanın yeni xəritəsini çəkir və müəyyən dərəcədə onu çəkiblər.
Bu bölünmə tətbiq olunan "güc haqlıdır" paradiqmasının çılpaq kristallaşmasıdır.
Tramp açıq şəkildə Qrenlandiya və Kanadanın ABŞ-a birləşdirilməsi barədə danışır və bu istiqamətdə addımlar atır.













