20 January 2026

Paytaxt Kabildə bombalı hücum gerçəkləşdi

Əfqanıstanın paytaxtı Kabilin mərkəzi olan Şəhri-Naw rayonundakı bir restoranda partlayış baş verib. Hadisə nəticəsində ən azı 7 nəfər ölüb, təxminən 12 nəfər yaralanıb.

Səlahiyyətlilər partlayışdan sonra 20 nəfərin xəstəxanalara aparıldığını və ölənlərin hadisə yerinə çatdıqdan sonra aldıqları xəsarətlərdən dünyasını dəyişdiyini bildiriblər. Yaralananlar arasında qadın və bir uşağın olduğu, əksəriyyətinin partlayışla əlaqəli kəsiklər və travma ilə müalicə olunduğu bildirilib.

Zərif özünün “həbs olunma” xəbərinə münasibət bildirib

İranın sabiq xarici işlər naziri doktor Məhəmməd Cavad Zərif yaydığı rəsmi bəyanatla son günlərdə onun barəsində irəli sürülən iddiaları qəti şəkildə təkzib edib.

Zərif bəyanatında bildirib ki, səsləndirilən iddialar tamamilə yalandır, əsası yoxdur və aşağı səviyyəli qrup maraqlarının irəli aparılması məqsədi daşıyır.

Təhlükəsizlik, yoxsa təbii sərvətlər: Tramp Qrenlandiyanı almaqda niyə israr edir?

ABŞ prezidenti Donald Tramp Danimarkaya məxsus Qrenlandiya adasını almaq istəyini hələ 2019-cu ildə, birinci prezidentliyi dövründə dilə gətirmişdi. 

Həmin vaxt daha çox zarafat kimi anlaşılan bu ideya Trampın seçkini uduzub vəzifədən getməsi ilə bir növ yaddan çıxmışdı. 

Lakin ötən ilin yanvarında ikinci dəfə prezidentlik səlahiyyətlərinə başlayan Tramp tezliklə Qrenlandiya, Panama kanalı və hətta Kanadanı ABŞ-yə qatmaq fikrini səsləndirdi. 

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir

Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar tərəfindən 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanı ziyarət olunacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.

“Beşiktaş” öz meydanında çətin qələbə qazandı

Türkiyə Super Liqasında XVIII tura yekun vurulub.

Turun son günündə üç qarşılaşma baş tutub.

“Konyaspor” doğma meydanda “Eyüpspor”u qəbul edib. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.

“Beşiktaş” isə azarkeşləri qarşısında “Kayserispor”la üz-üzə gəlib. El Bilal Turenin 90+5-ci dəqiqədə vurduğu qol “qara qartallar”a minimalhesablı qələbə qazandırıb - 1:0.

İsrail növbəti dəfə Livanın cənubuna zərbə endirib

Hər dəfə bir bəhanə uyduraraq Livanın ərazisini hədəfə alan İsrail yaraqlıları bu dəfə də Livana zərbə endirib. İsrail Livan ərazisinə yeni bir zərbə endirərək “Hizbullah” üzvünü hədəf alıb.

Atəşkəs imzalanan gündən sonra Hizbullah tərəfindən bircə dəfə olsun belə atəşkəsin pozulmamasına baxmayaraq onun əksi olaraq İsrail dəfələrlə Livanın ərazisini hədəfə alıb.