19 January 2026

"Barselona" "Real Sosyedad"a uduzdu

İspaniya La Liqasında XXI turun oyunları keçirilir.

Çempionluq mübarizəsi aparan "Barselona" səfərdə "Real Sosyedad" ilə qarşılaşıb.

Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Karlos Soler 88-ci dəqiqədə qırmızı vərəqə görüb və "Real Sosyedad"ı azlıqda qoyub.

"Barselona" 49 xalla turnir cədvəlinə başçılıq edir. Meydan sahibləri isə 24 xalla 8-ci pillədədir.

“Meydan TV işi” üzrə həbs edilən jurnalistlər “Euronews”u məhkəmə proseslərini canlı yayımlamağa çağırıb

“Meydan TV işi” üzrə həbs edilən jurnalistlər “Euronews” telekanalına müraciət ünvanlayaraq Azərbaycanda müstəqil mediaya təzyiqlərin “total xarakter aldığını” bildiriblər və kanalı “siyasi sifariş əsasında aparılan məhkəmə proseslərini canlı yayımlamağa” çağırıblar.

DEM Partiyası nümayəndə heyətinin İmralıya səfərindən sonra verdiyi açıqlama: Öcalan Suriyadakı hadisələrlə bağlı nə dedi?

DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) Partiyasının İmralıya səfərindən sonra Öcalan Suriyadakı gərginlikdən narahat olduğunu və münaqişələrin prosesi pozmaq cəhdi olduğunu bildirdi.

Pervin Buldan, Mithat Sancar və Faiq Özgür Eroldan ibarət DEM Partiyası nümayəndə heyəti dünən İmralı Həbsxanasında PKK lideri Abdullah Öcalan ilə görüşüb.

Avropa Parlamenti Aİ ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyasını dayandırır

Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Avropa İttifaqı-ABŞ ticarət sazişinin planlaşdırılan ratifikasiyasını dayandırır.

Bu barədə Avropa Parlamentinin aparıcı fraksiyası olan Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber "ZDF" televiziya kanalına müsahibəsində bildirib.

Bərzani Peşmərgəni Suriyaya göndərir

İraq Kürdüstanının sabiq rəhbəri Məsud Bərzani Ərbildən Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayəti istiqamətinə müxtəlif silah və hərbi texnika ilə təchiz olunmuş üç peşmərgə birləşməsinin göndərilməsi barədə göstəriş verib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, qərar “təhlükəsizliyin, sabitliyin təmin edilməsi və mülki əhalinin qorunmasına dəstək çərçivəsində çağırışlar” fonunda qəbul edilib.

Ayətullah Xameneiyə qarşı hücum İran millətinə ümumi müharibə deməkdir

İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının Ali Lideri Ayətullah Xameneiyə mümkün hücumun İran xalqına qarşı ümumi müharibə demək olacağını bildirib.

ABŞ Prezidenti Donald Trampın İslam İnqilabının Ali Lideri Ayətullah Xameneiyə qarşı yönəlmiş açıqlamalarından sonra İran Prezidenti Məsud Pezeşkian sosial media hesabında cavab verib.

"Milan" qələbə qazandı

İtaliya A Seriyasında XXI turun oyunları keçirilir.

Çempionluq mübarizəsi aparan "Milan" evdə "Leççe" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 46-ya çatdıran "Milan" ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 49 xalla "İnter" başçılıq edir.

Qəzza üçün Tramp Sülh Şurasına daimi üzv olan ölkələr 1 milyard dollar verməlidir

ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə yaradılan və Qəzzada növbəti mərhələləri nəzarətdə saxlamağı hədəfləyən Sülh Şurasına daimi üzv olmaq üçün ölkələr 1 milyard dollar verməlidirlər.

Bu barədə “Associated Press“ ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Ayətullah Seyid Hadi Sistani Qum şəhərindəki dəfn edilib

Bazar günü İranın Qum şəhərində Ayətullah Üzma Sistaninin qardaşı Ayətullah Seyid Hadi Hüseyni Sistani üçün dəfn mərasimi keçirilib. On minlərlə insanın qatıldığı mərasim böyük İslam alimlərinin dua və cənazə namazında iştirakı ilə müşahidə olunub.

Ayətullah Hadi Hüseyni Sistaninin vəfatı ilə əlaqədar İslam İnqilabının Lideri Ayətullah Xamenei Ayətullah Sistaniyə başsağlığı ünvanlayıb. Mesajda deyilir:

“Rəhman və Rəhim olan Allahın adı ilə.

İsrail antiterror bəhanəsi ilə Hebronda genişmiqyaslı əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu (IDF) antiterror bəhanəsi ilə Hebron şəhərində Cəbəl əl-Cövhər rayonunda genişmiqyaslı əməliyyata başladığını elan edib.

Bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, bir neçə gün davam edəcək əməliyyatda hərbçilərlə yanaşı ŞABAK (İsrailin Ümumi Təhlükəsizlik Xidməti) və polis qüvvələri də iştirak edir.