Azərbaycanın I yarımildə magistral neft kəmərlərinin fəaliyyətindən gəlirləri açıqlanıb
Azərbaycan bu ilin yanvar-iyun aylarında magistral neft kəmərlərinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin fəaliyyətindən 523,48 milyon manat gəlir əldə edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.