25 August 2025

İlahiyyatçı Toğrul Nuriyev inanclı xanımların həbslərinə etiraz edib: “Ərbəin günü İmam Hüseyn (ə) adına ehsan paylayarkən həbs edilən xanımlar dərhal sərbəst buraxılmalıdır”

İnanclı qadınların saxlanılması və onlara qarşı cinayət işlərinin açılması ictimaiyyətdə etirazlarla qarşılanır. Bu məsələyə ilahiyyatçı Toğrul Nuriyev də münasibət bildirib. O, İslamın iffət və ismət kimi ali dəyərlər verdiyi xanımın bu gün təhqir olunmasının, qadının bərabərlik adı altında ucuz bir əşyaya çevrilməyə cəhd edilməsinin Azərbaycanda da planlı şəkildə həyata keçirildiyini vurğulayıb:

'İlham Əliyevə xarici düşmən obrazı çox vacibdir'

Prezident İlham Əliyev ötən həftə Kəlbəcərə səfəri zamanı deyib ki, hər an müharibəyə hazır olmaq lazımdır. Uzun illər "düşmən", "müharibə" ritorikasını Ermənistanın ünvanına işlədən dövlət başçısı hazırda regionda bu ölkə ilə sülh danışıqları apardığı vaxtda müharibə ritorikasını kimə ünvanlayır? Siyasi təhlilçilər hesab edir ki, onun nitqində önəmli olan "düşmən" obrazının yaradılmasıdır, ünvan o qədər də əhəmiyyətli deyil.

Hacı Vəliyev Ülviyyə Əliyə müsahibə verib: “Qələbənin memarları şəhidlər, qazilər, veteranlar və xalqdır, amma hökumət onların haqqını tanımır”

Avqustun 18-də həbs müddəti daha 20 gün uzadılan “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev Bakı İstintaq Təcridxanasında “Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əliyə danışıb. O, həbsinin səbəblərindən, gördüyü işgəncələrdən və təşkilatın fəaliyyətinin dayandırılmasından bəhs edib.

Zelenski müstəqillik ildönümündə Ukrayna uğrunda mübarizə aparacağına söz verib

Zelenski bildirib ki, Kiyev Ukraynada sülhü təmin etmək üçün Rusiya qüvvələrini hər gün geri itələyir. Ukrayna 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan etməsinin ildönümünü bazar günü Müstəqillik Gününü qeyd etdi. Prezident Vladimir Zelenski mərasimdəki çıxışında ölkəni müdafiə etmək əzmini vurğuladı.

Druzi Şeyx Tarif ABŞ-ın HTŞ və İsraillə görüşmək təklifini rədd edib

İsrailin Məkan radiosu Şeyx Müvəffəq Tarifin Parisdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla görüşü ilə bağlı yeni təfərrüatlar yayıb.

Radio xəbər verir ki, görüş Barak ilə İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriyadakı Heyət Təhrir əl-Şam (HTŞ) rejiminin xarici işlər naziri Əsəd əl-Şabani arasında keçirilən üçtərəfli görüşdən sonra keçirilib.

 

ABŞ Tariflə üçtərəfli görüş təklif edir

Avstriyada Fələstinə dəstək nümayişində İsrailə qarşı sanksiyalar tələb edilib

Yüzlərlə fələstinli tərəfdarı Avstriyanın paytaxtı Vyanada İsrailə qarşı sanksiyaların tətbiqi tələbi ilə nümayiş keçirib.

Fələstin tərəfdarları Vyanada toplaşaraq İsrailə qarşı sanksiyaların tətbiqinə çağırıblar. Şüarlar arasında “Fələstinə azadlıq”, “Soyqırımı dayandırın” və “İsrailə qarşı sanksiyalar, elə indi!” olub.

"Qalatasaray" 3 xalı 4 qolla qazandı

Türkiyə Superliqasında 3-cü turun görüşləri oynanılır.

Son çempion "Qalatasaray" səfər matçında "Kayserispor"la qarşılaşıb.

Qonaqlar meydan sahiblərinin qapısından dörd cavabsız top keçiriblər. Eren Elmalı 36 və 46-cı dəqiqələrdə fərqlənərək dubla imza atıb. 86-cı dəqiqədə Osimhen fərqi artırıb. Son nöqtəni isə 90+3-cü dəqiqədə Sane qoyub - 0:4.

Ayətullah Cavadi Amuli: Bugünkü mədrəsələrdə Əhli-beyt (ə) elmlərinin ancaq bir hissəsi tədris olunur

Bugünkü dini mərkəzlərdə Əhli-beyt elmlərinin yalnız bir hissəsi öyrədilir, lakin bizim dini irsimiz tövhid sivilizasiyasının təməli ola biləcək qiymətli sərvətləri ehtiva edir.

Bu barədə Ayətullah Cavadi Amuli IV Tövhid Şeir Qurultayının şura üzvləri ilə görüşündə deyib:

İsrailin Baş Qərargah rəisi: Biz girov razılaşmasını qəbul etməliyik

HƏMAS-la girov razılaşması var və bu razılaşmanı qəbul etməliyik.

“The Times of Israil” xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (İDF) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir deyib.

"İsrailin Müdafiə Qüvvələri razılaşma üçün şərait yaradıb, indi bu Netanyahunun əlindədir", – Zamir bildirib.

Şüvəlan İstintaq Təcridxanasından Elgiz Məmmədov da inanclı xanımların həbsini pisləyib

3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılan məhbus Elgiz Məmmədov da inanclı xanımların saxlanılmasına öz etirazını bildirib. O, ölkədə islamafob atmosferdə yaşanan gərginliklər üzərində qadınların həbsinin yolverilməzliyinə diqqət çəkərək hakimiyyətdən xanımların azadlığını tələb edib.