Əqidəsinə, inancına görə qadınların həbs olunması heç bir hüquqi, insani və mənəvi prinsiplə uzlaşmır
Bismillahir-Rəhmanir-Rəhim
Məhərrəm və Səfər ayları — İmam Hüseynin (ə) mübarək adı ilə bağlı matəm günləri — İslam dünyasında olduğu kimi, Azərbaycan xalqı üçün də dərin mənəvi əhəmiyyət kəsb edir. Bu aylar sadəcə dini mərasimlər deyil, həm də milli-mənəvi dəyərlərimizin ayrılmaz bir hissəsidir.