23 August 2025

Hindistan və Rusiya Trampın təzyiqinə qarşı birləşirlər

ABŞ-ın Hindistan idxalına yüksək tarifləri iki ölkə arasında ticarət gərginliyini artırsa da, Yeni Dehli tez bir zamanda diqqətini Vaşinqtonun rəqiblərinə: Rusiya və Çinə çevirdi.

Ötən cümə axşamı Moskvada keçirilən rəsmi görüşdə Hindistan və Rusiya xarici işlər nazirləri ikitərəfli ticarət əlaqələrini yüksəltmək barədə razılığa gəliblər. Bu addım Hindistanın ABŞ-ın təzyiqinə boyun əymədiyini, əksinə Vaşinqtonun birtərəfli və cəza siyasətinə müqavimət göstərdiyini nümayiş etdirdi.

Hollandiyada Qəzza zəlzələsi; Daha 8 nazir istefa verdi...

Koalisiya tərəfdaşlarının İsrailə qarşı sanksiyaların artırılmasına mane olmasından sonra istefa verən Hollandiya müvəqqəti hökumətinin xarici işlər naziri Kaspar Veldkampın ardınca daha səkkiz nazir istefa ərizəsini təqdim edib.

Hollandiya müvəqqəti koalisiya hökumətindəki Yeni Sosial Müqavilə Partiyasının (NSC) xarici işlər naziri Veldkamp, ​​kabinetdəki digər partiyalar və nazirlərin İsrailə qarşı əlavə sanksiyalara qarşı çıxması səbəbindən vəzifəsində davam etməyəcəyini bildirib.

Səfər ayının sonu İmam Rzanın (ə) şəhid olduğu gündür

Şeyx Səduq öz "Uyunul-əxbar" və "Əmali" kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki, həzrət buyurmuşdur: "Mənim bədənimin bir parçası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah Cənnəti vacib edər, bədənini isə Cəhənnəm oduna haram edər"

İmam Rza(ə) hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının son günü Abbasi xəlifəsi Məmun tərəfindən zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub.

“Səudiyyə Ərəbistanı İsraili silahla təmin edir və Müqaviməti tərksilah etməyə çalışır”

Səna meydanındakı yəmənli etirazçılar Səudiyyə rejiminin sionistləri silahla təmin etdiyini və müqaviməti tərksilah etmək üçün əməkdaşlıq etdiyini, Misirin isə düşmənlə böyük müqavilələr imzaladığını vurğulayıblar

Milyonlarla yəmənli Əl-Səbain meydanında və Sənanın digər 40 meydanında “Biz qətiyyətliyik, təhdid və sui-qəsdlərdən qorxmuruq” şüarı altında toplaşıb. Yəmən Qəzzaya və məzlum Fələstin xalqına dəstəyini davam etdirdiyini vurğulayıb.

Süleymaniyyədə gərginlik artıb: Əraziyə pilotsuz təyyarə hücumu gerçəkləşib

İraq Kürd Regional Rəhbərliyinin (KRG) Süleymaniyyə qanadında gərginlik artıb. Kürdüstan Vətənpərvər Birliyinin (KYB) lideri Bafil Talabani ilə əmisi oğlu, keçmiş həmsədr Lahur Cəngi Talabani arasında rəqabət şiddətli toqquşmaya çevrilib.

Gərginlik ötən gecə Lahur Şeyx Cənginin siyasi fəaliyyəti üçün qərargah kimi istifadə etdiyi “Laləzar” otelinin ətrafında yaranıb.

 

OTEL mühasirəyə alınıb

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu olub

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar bəlli olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.

Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb.