19 August 2025

Rusiya ordusu Donetsk vilayətinə hücum edib, ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələri avqustun 18-də Donetsk vilayətinin iki şəhərinə hücum edib.

Bu barədə Donetsk Vilayət Prokurorluğu məlumat yayıb.

Hücum nəticəsində 4 nəfərin öldüyü, 7 nəfərin yaralandığı qeyd edilir. Zərərçəkənlərə tibbi yardım göstərilir. Həkimlər bəzilərinin vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Elxan Nəbiyev növbəti dəfə Quranı yandırıb

Anti-islam ritorikası ilə sosial media üzərindən paylaşımlar edən Elxan Nəbiyev bu günlər Quranı yandırması ilə bağlı növbəti paylaşım edib. Videoda o, İlahi kitab Quran haqqında aşağılayıcı fikirlər söyləyərək onun vərəqlərini qopararaq Allah kitabına od vurub.

Bu Elxan Nəbiyevin Qurani-Kərimi ilk yandırması faktı deyil. Ötən ilin yayında da o, Quran parçalayaraq ona od vurmuşdu. Əməllərin cəzasızlığı isə növbəti ildə də onun Quranı yandırmasına səbəb olmuşdu.

İraqda xaos xəbərdarlığı: ABŞ-ın geri çəkilməsi “Böyük İsrail” planı ilə bağlıdırmı?

Vücud Hərəkatının lideri Əbu Səidə ABŞ qüvvələrinin İraqdan qismən çıxarılmasını daxili böhranlardan istifadə edən beynəlxalq ssenarinin bir hissəsi kimi qiymətləndirib və bu addımın “Böyük İsrail” planı ilə əlaqələndirilə biləcəyi barədə xəbərdarlıq edib.

Vücud Hərəkatının lideri Məhəmməd Əbu Səidə bazar ertəsi günü bəyan edib ki, beynəlxalq aktyorlar İraqda xaosun yenidən yaradılmasına yönəlmiş ssenarini dəstəkləyir və bunun “Böyük İsrail” planına uyğun olduğunu bildirib.

İki idmançımız dünya çempionatında bürünc medal qazandı

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.

125 kq çəki dərəcəsində çıxış edən Yusuf Dursunov isə fəxri kürsünün üçüncü pilləsinə qalmaq üçün fransalı rəqibini 3:1 hesabı ilə üstələyib.

İmam Hüseyn bütün bəşəriyyətə məxsusdur

Malik Fələq Şir İmam Hüseynin (ə) risalətinin ümumbəşəriliyi və insan problemlərinin həllində məhəbbətin rolu haqqında danışaraq deyib: "İmam Hüseyn (ə) bütün bəşəriyyətə məxsusdur".

Pakistanın Qucranvala şəhərindən olan sünni ziyarətçisi Malik Fəlaq Şir Nəcəfdən Kərbəlaya qədər uzanan və milyonlarla insanın iştirak etdiyi Ərbəin yürüşü zamanı İmam Hüseynin (ə) risalətinin universallığını və insan problemlərinin həllində sevginin rolunu vurğulayıb.

Qərb və İsrailin yeni hiyləsi: Fələstinin tanınması

Bəzi Qərb və Ərəb ölkələri tərəfindən Fələstin dövlətinin rəsmi tanınması, həqiqi dəstəkdən daha çox, ictimai təzyiqi azaltmağa və İsrailin işğalını gücləndirməyə yönəlmiş siyasi oyundur. Aparıcı ekspertlər bildirirlər ki, İsrailə ciddi təzyiq edilmədikcə, bu təşəbbüs sırf müqaviməti zəiflətmək və status-kvonu saxlamaq məqsədi daşıyan hiyləyə çevrilir.