16 August 2025

Tramp və Putin atəşkəsdən bəhs etmədən Alyaska sammitini başa vurublar

Donald Tramp və Vladimir Putinin Moskvanın Ukraynaya qarşı müharibəyə son qoyması ilə bağlı razılaşmanı müzakirə edəcəyi gözlənilirdi, lakin danışıqlardan sonra atəşkəsdən söz açılmayıb.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ABŞ-ın Alyaska şəhərində keçirilən görüş başa çatıb. Lakin danışıqlar yekunlaşandan sonra atəşkəsdən söz açılmayıb.

Builki Ərbəin mərasimində 21 milyondan çox insan iştirak edib

Əbəlfəzl-Abbas (ə) hərəminin verdiyi məlumata görə, bu il Ərbəin mərasimində müxtəlif ölkələrdən 21 milyon 103 min 524 ziyarətçi iştirak edib.

Ötən il Ərbəin mərasimində müxtəlif ölkələrdən 21 milyon 480 min 525 nəfər iştirak edib.

Bu il İraq Mərkəzi Ərbəin Şurasının məlumatlarına görə, bu böyük mənəvi yürüşdə 3 milyondan çox iranlı da iştirak edib.

Zəngəzur müqaviləsi “Böyük Yaxın Şərq” layihəsinin bir hissəsidir

Yeni Rifah Partiyasının (YRP) sədr müavini Prof. Dr. Doğan Aydal Zəngəzur Dəhlizinin Böyük Yaxın Şərq Layihəsinin (GMP) bir hissəsi olduğunu bildirib. Bu razılaşma ilə əsl qalibin ABŞ olduğunu bildirən Prof. Dr. Aydal, "ABŞ o torpaqlara 100 il hakim olacaq, yol sadəcə bir bəhanədir" deyib.

Cənubi Qafqazda Azərbaycan və Naxçıvanı birbaşa birləşdirməyi hədəfləyən Zəngəzur dəhlizi Ermənistanın cənubundakı dar zolaqdan keçməsi planlaşdırılan nəqliyyat marşrutudur.

İsrail yenidən xəstəxana bombaladı

Qəzzadakı Fələstin hökuməti soyqırım törədən İsrailin 13-cü dəfə Əl-Əqsa Şəhidləri Xəstəxanasını hədəf aldığını açıqlayıb.

Qəzzadakı Fələstin hökuməti İsrailin bölgədəki səhiyyə ocaqlarına hücumları ilə bağlı yeni açıqlama yayıb. Hökumət Əl-Əqsa Şəhidləri Xəstəxanasının yenidən hədəfə alındığını açıqlayıb.

Ərbəin İmam Mehdinin (ə.f.) zühuru üçün zəmin hazırlayır

Cəmkəran məscidinin müvəkkili bildirdi ki, Həzrət Mehdinin (ə.f.) zühuru o zaman baş verəcək ki, İmam Hüseynin (ə) mərifəti qəlblərdə sabitləşsin. “Ərbəin yürüşü bu elmin ən böyük xəbərçisi və Həzrət Mehdinin (ə.f.) dünya hakimiyyətinin müqəddiməsidir”.

Cəmkəran Məscidinin Vəlisi Hüccətül-İslam vəl-Muslimin Seyid Əli Əkbər Ocaq Nejad Həzrət Məsumənin (s.ə.) hərəmindəki Ərbəin çadırına qatılıb və Ərbəin ziyarətçiləri qarşısında çıxış edib.

Türkiyə Super Liqası: “Qalatasaray” böyük hesabla qələbə çalıb

Türkiyə Super Liqasında II turun oyunları keçirilir.

Bu gün "Qalatasaray" meydana çıxıb.

Son çempion "Fatih Karagümrük"lə qarşılaşıb.

"Sarı-qırmızılılar" görüşdən böyükhesablı qələbə ilə ayrılıb. Matçda hesabı Barış Alper Yılmaz açıb. İkinci yarıda Fatih Kurucuk avtoqol müəllifi olub. Matçın sonlarında Mauro İkardi oyunda yekun nəticəni müəyyənləşdirib - 3:0.