11 August 2025

İran və İraq təhlükəsizlik memorandumu imzalayıb

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Aaraci birgə təhlükəsizlik memorandumu imzalayıblar.

İraq Xəbər Agentliyinin (INA) məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Bağdadda İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.

“Traktor” İran Superkubokunun qalibi olub

İran Superkubokunun qalibi bəlli olub.

Final matçında çempion "Traktor"la kubokun qalibi "İstiqlal" qarşılaşıb.

Görüş Təbriz klubunun qələbəsi ilə başa çatıb. "Traktor" 87-ci və 90+2-ci dəqiqələrdə fərqlərək 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 2024/2025 mövsümündə ilk dəfə İran çempionu olan "Traktor" tarixində ilk Superkubooka yiyələnib.

Tərlan Səyadov: “Başımdakı səs-küy elə həddə yüksəlib ki, hər bir addım atmağa hazıram”

Yüksək əsəb həssaslığına malik Tərlan Səyadovun səhhətindəki problemlər onun həyatını dəhşətli işgəncəyə çevirib. İstintaq dövründən təcridxanasında başında yaranan səslər hal-hazırda onu kabusuna çevrilib. Müəyyən məhdud müalicələr alsa da, nəticə dəyişməz olaraq qalır.

Əl-Əzhər: Qəzzənin işğalı beynəlxalq ictimaiyyətin üzündə qara ləkədir

Misirin Əl-Əzhər təşkilatı bir bəyanatda bəyan edib ki, İsrail rejiminin Qəzzanı işğal etmək qərarı beynəlxalq ictimaiyyətin üzünə qara ləkədir.

Misirin Əl-Əzhər telekanalı verdiyi bəyanatda bildirib ki, sionist rejimin Qəzzanı tamamilə işğal etmək qərarı "bu cinayət qarşısında aciz olan qurumlar və beynəlxalq ictimaiyyətin üzündə silinməz qara ləkədir".

Suriya Müvəqqəti Hökumətindən Süveyda vilayətindəki dəhşətli zülmə reaksiya

Suriyanın Müvəqqəti Hökumətinin Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və təsəvvür olunmaz zülm başlığı ilə paylaşılmış, Süveyda vilayətindəki bir xəstəxanada çəkildiyi deyilən dəhşətli video ilə bağlı açıqlama verib və məsələnin araşdırıldığını bildirib.

Kadrlarda Süveyda xəstəxanasının tibb işçilərinin dəhlizdə diz çökərək bir neçə silahlı kişi qarşısında durduğu görünür. Onlardan birinin Suriya daxili təhlükəsizlik qüvvələrinin geyimində olduğu güman edilir.

Avstraliya da Fələstin dövlətini tanıyacaq

Avstraliya Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını bildirib.

Bunu avqustun 11-də Avstraliyanın baş naziri Entoni Albanese deyib.

“Avstraliya BMT-nin Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini tanıyacaq. Bu addım iki dövlətli həll yoluna, Qəzzada atəşkəsə və girovların azad olunmasına yaxınlaşmaq istiqamətində atılır”, - deyə baş nazir bildirib.

Yeni Zelandiya sentyabrda Fələstin dövlətini tanımaq niyyətindədir

Bu barədə ölkənin xarici işlər naziri Uinston Piters məlumat verib.

"Nəticədə Yeni Zelandiyanın müstəqil xarici siyasəti var və bu məsələdə biz diqqətlə nəzərdən keçirmək və sonra Yeni Zelandiyanın prinsiplərinə, dəyərlərinə və milli maraqlarına uyğun hərəkət etmək niyyətindəyik", - o deyib.

İsrail Jurnalistlərin çadırına hücum etdi, ölənlər var

İsrailin Qəzzada Şifa xəstəxanası yaxınlığında jurnalistlərin çadırına hücumu nəticəsində 5 jurnalist, o cümlədən Əl-Cəzirə telekanalının müxbiri şəhid olub.

Rejim ordusu Qəzzada Şifa xəstəxanası yaxınlığında jurnalistlərin çadırını hədəfə alıb.

Hücum zamanı “Əl-Cəzirə” telekanalının müxbirləri Ənəs əl-Şərif və Məhəmməd Qureykə üç operatorla birlikdə şəhid olub.

“Kristal Pelas” İngiltərə Superkubokunun qalibi olub

 İngiltərə Superkubokunun qalibi bəlli olub.

Həlledici oyunda son ölkə çempionu “Liverpul”la Federasiya Kubokunun qalibi “Kristal Pelas” üz-üzə gəlib.

Londonun “Uembli” stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb.

Burada daha dəqiq olan (3:2) “Kristal Pelas” Superkubokun qalibi olub.

Qəzzaya hava yolu ilə 7 ölkədən 131 konteyner humanitar yardım çatdırılıb

Qəzza sektoruna humanitar yardımın hava yolu ilə çatdırılması davam edir.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son bir neçə saat ərzində Belçika, Almaniya, İordaniya, İtaliya, BƏƏ, Niderland və Fransa daxil olmaqla yeddi ölkə hava yolu ilə Qəzza sektorunun sakinləri üçün 131 konteyner ərzaq göndərib.