09 August 2025

İsrail Suriyada təhlükəsizlik mərkəzinə hücum edib

Suriya İnsan Haqları Müşahidə Qrupu İsrailin ölkənin cənubundakı Colani rejiminə bağlı daxili təhlükəsizlik qüvvələrinin qərargahına pilotsuz təyyarə ilə hücum etdiyini bildirib.

Suriya İnsan Haqları Müşahidə Qrupu sionist rejimə məxsus pilotsuz təyyarənin Quneytira yaxınlığındakı Əl-Salam şəhərində Suriya daxili təhlükəsizlik qüvvələrinin qərargahını hədəfə aldığını açıqlayıb.

İspaniyada Fələstinə dəstək nümayişləri keçirilib

İspaniyanın bir çox şəhərində, xüsusilə də paytaxt Madriddə Fələstinə dəstək nümayişləri keçirilib.

Bir neçə vətəndaş cəmiyyəti təşkilatının tələbi ilə təşkil edilən nümayişlər çərçivəsində Madridin məşhur Retiro Parkında XII Alfonso abidəsi önünə toplaşan izdiham İsrailin Fələstindəki soyqırımına etiraz edib.

Çanaqqalada yanğın səbəbindən Boğaz bağlanıb, kəndlər boşaldılıb

Təsirə məruz qalan ərazilərdə sıx tüstü və təhlükəsizlik riskləri səbəbindən Çanaqqalada hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

Çanaqqalanın Yiğitler və Sarıcaeli kəndlərinin çöl sahələrində başlayan meşə yanğınları küləyin təsiri ilə sürətlə böyüyərək yaşayış sahələrini təhlükə altına alıb. Havadan və qurudan intensiv yanğınsöndürmə işləri aparılıb, təhlükəsizlik riski səbəbindən çoxlu sayda kənd və müəssisə boşaldılıb.

 

Ayətullah Fəqihinin Ərbəin ziyarətçilərinə tövsiyəsi: Şəhidlərin Əmiri (ə) üçün əzadarlığın müqəddəsliyini qoruyun

Ayətullah Muhsin Fəqihi Ərbəin-Hüseyni yürüşünün iştirakçılarına ünvanladığı mesajda digər ziyarətçilərlə, xüsusən də qocalar və uşaqlarla yaxşı münasibət qurmağın, zəiflərə kömək etməyin, başqalarına qarşı mehriban olmağın, İraq xalqının qədrini bilməyin və İmam Hüseyn (ə) üçün əzadarlığın müqəddəsliyini qorumağın vacibliyini vurğulayıb.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Hollandiya İsraillə ticarət razılaşmasını dayandırır

Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp deyib ki, Netanyahu hökuməti Qəzza siyasətləri səbəbindən Avropanı tamamilə itirib. Veldkamp bəyan edib ki, ölkəsi Aİ ilə İsrail arasında azad ticarət sazişini dayandırmaq üçün çalışır.

Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp, Benyamin Netanyahu hökumətinin Qəzza və İordan çayının qərb sahilindəki siyasətlərinə görə Avropa Birliyi ilə əlaqələrini pisləşdirdiyinə diqqət çəkərək, "Avropanı tamamilə itirdiyini" söyləyib.

Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib

Fransanın "Bulon" klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib.

Bu barədə Fransa Futbol Federasiyası qərar verib.

"Ayaçço" maliyyə problemlərinə görə cəzalandırılıb. Klub apellyasiya şikayəti verəcəyini vəd etsə də, bunu etməyib.

Beləliklə, "Bulon" Liqa 2-də iştirak hüququ əldə edib. Lakin komandanın ilk turdakı matçı təxirə salınıb.

ÜST: Qəzzada kəskin qida çatışmazlığı yaşayan uşaqların sayı rekord səviyyəyə yüksəlib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında uşaqlar arasında kəskin qida çatışmazlığı hallarının sayında görünməmiş artım olduğunu bildirib.

Bu barədə təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə əsasən, 2025-ci ilin iyul ayında 5 yaşa qədər təqribən 12 min uşaqda kəskin qida çatışmazlığı aşkar edilib – bu, regionda aparılan müşahidələr tarixində ən yüksək aylıq göstəricidir.

Kərbəla və Nəcəfdə tətil elan edildi

Ərbəin mərasiminin yaxınlaşması ilə əlaqədar olaraq İraqın Kərbəla və Nəcəf əyalətləri bir həftəlik qapadılacaq.

Bu barədə Kərbəla qubernatoru Nasif Casim əl-Xəttabi və Nəcəf əyalətinin şurasının başçısı Hüseyn əl-İsavi bəyan ediblər.

Adıçəkilən bölgələrdə bazar günündən etibarən bütün müəssisələrin işləməyəcəyi elan edilib.

Qərar 14 avqustadək (daxil) qüvvədə olacaq.

Rusiyanın Odessada SOCAR-ın neft bazasını vurduğu bildirilir

Avqustun 8-də axşam Rusiya "Şahed" dronları ilə Azərbaycanın SOCAR neft şirkətinin Odessadakı neft bazasına hücum edib. Yanğın baş verib, dizel yanacağı kəməri zədələnib.

Bu barədə "RBC-Ukrayna" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Yanğının sürətlə lokallaşdırıldığı, dörd işçinin ciddi xəsarətlər aldığı bildirilir.

Avqustun 8-nə keçən gecə Odessa və Xarkov dron hücumlarına məruz qalıb.