01 August 2025

ABŞ prezidentinin xüsusi nümayəndəsi Qəzzaya gedib

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof Qəzzaya gedib.

İsrail mətbuatı xəbər verir ki, Vitkof vəziyyətlə tanış olmaq üçün Qəzzada humanitar yardımların paylandığı mərkəzlərdən birinə baş çəkib.

Qeyd edək ki, beynəlxalq mətbuatda İsrail ordusunun humanitar yardım almaq üçün yaxınlaşan fələstinlilərə atəş açdığı ilə bağlı xəbərlər dərc olunur.

Finlandiya prezidenti Fələstini tanımağa hazır olduğunu bəyan edib

Finlandiya prezidenti Aleksandr Stubb hökumətdən təklifin gələcəyi təqdirdə Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan edib.

Stubb Qəzzadakı vəziyyətin ağırlığına toxunaraq, Fələstinin rəsmi olaraq tanınmasının sülh prosesinə yeni bir nəfəs gətirəcəyini deyib.

Finlandiya lideri ölkədə onunla razılaşmayanların olduğunu və bu mövzuda debata açıq olduğunu da qeyd edib.

Azərbaycanın xarici borcu 8 milyard manatdan çoxdur

Azərbaycanın xarici dövlət borcu 5,01 milyard ABŞ dolları və ya 8,52 milyard manat təşkil edib.

Maliyyə Nazirliyinə məlumatında belə deyilir. 

Bildirilir ki, hökumətin xarici borc portfelində ən böyük pay Asiya İnkişaf Bankına (AİB) məxsusdur.

Belə ki, bu qurumdan cəlb edilmiş borclar 1,75 milyard dollar və ya 2,97 milyard manat həcmində olub və ümumi portfelin 34,9%-ni təşkil edib.

Haniyə: Müqavimətin unudulmaz şəhidi

Bu günlər Fələstində İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhadətinin birinci ildönümüdür.

Fələstində İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri ötən il iyulun 31-də gecə yarısı paytaxt Tehranda öz otağında yatarkən İsrail rejim tərəfindən qətlə yetirilib. Yeni seçilmiş prezident Məsud Pezakyanın andiçmə mərasimində iştirak edən Haniyə İran xalqının və dövlətinin dəyərli qonağı olub.

Ayətullah Məkarim Şirazi: Qurani-Kərimin tərbiyə prinsiplərindən biri möminlər üçün nümunə yaratmaqdır.

Bu sətirlər Ayətullah Məkarim Şirazinin Tehranda keçirilən inqilabçı tələbələrin illik toplantısına ünvanladığı müraciətdə yer alıb. Müraciətdə deyilir:

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Sözümün əvvəlində son zamanlar tətbiq edilmiş müharibənin şəhidlərini, sərkərdələrini, alimlərini, döyüşçülərini, məzlum soydaşlarını yad edir, Uca Allahdan İran və İslam İnqilabının düşmənlərini məhv edib rüsvay etməsini diləyirəm.

Əl-Əzhər Alimlər Şurasının baş katibi: Sionistlərin narazılığı bizi sevindirir

Əl-Əzhər Böyük Alimlər Şurasının baş katibi İsrail rejiminin Əl-Əzhər Universiteti və Əl-Əzhər Şeyxinin rəftarlarına qarşı qəzəbindən təəccüblənərək deyib: “Bilmirəm, onlar öz narahatlıqlarını daha da necə artıracaqlar, çünki bu, sevinc səbəbidir”.

Əl-Əzhər Böyük Alimlər Şurasının baş katibi Abbas Şuman İsrailin Əl-Əzhər Universiteti və Əl-Əzhər şeyxinin Qəzzə ilə bağlı mövqeyinə qəzəblənməsinə təəccübləndiyini bildirib.

Daha bir inanclı saxlanılıb

Sosial media üzərindən paylaşım edən “Məhbus Məktubu” səhifəsi daha bir inanclının saxlanılması haqqında məlumat paylaşıb. Məlumatda bildirilir ki, Əsgərov MəhəmmədƏli Səbuhi oğlu iyulun 28-də saxlanılıb. Lənkəran şəhər sakini olan inanclının narkotik ittihamı ilə şərlənərək həbs edildiyi qeyd edilib.

Həmçinin bildirilib ki, MəhəmmədƏli Əsgərov hal-hazırda məhbus həyatı yaşayan Səbuhi Əsgərovun oğludur və hər iki şəxs inanclıdır.

İsrail BƏƏ-dəki diplomatlarını təxliyə edir

İsrail Birləşmiş Ərəb Əmirliklərindəki diplomatlarının əksəriyyətini təxliyə etmək qərarı qəbul edib.

Bu qərar BƏƏ ərazisindəki İsrail nümayəndələrinə hücum ehtimalının olmasının fonunda qəbul edilib.

Tədbir həm Əbu-Dəbidəki səfirlik, həm də Dubaydakı baş konsulluq işçilərinə şamil edilib.

Həmçinin İsrail vətəndaşlarına BƏƏ-yə səfərlərdən çəkinmək də məsləhət görülüb.

Məhbus həyatı - cəhənnəm qapıları arxasında yaşananlar. 3-cü hissə

Məhbus onlar üçün “baş ağrısı” olmamalı, azadlıqda yaratdığı çətinlikləri buradakı məlum cəhənnəmin məngənəsində özünə qəbullanma məkanı olaraq həzm edib bununla barışma xəttini tutmalıdır. Əlbəttə, bu deyilənlər səsləndiyi qədər asan deyil. Hər məhbus individualdır və o, xüsusi yanaşma tələb edir. Əlbəttə ki, “şeytan balalarının” təcrübəsi bu işdə böyük rol oynayır.