16 July 2025

İsrail ordusu Suriyaya zərbələr endirib, ölən və yaralananlar var

İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 18 nəfər yaralanıb.

 İsrail ordusunun hazırda Suriyanın Daara bölgəsinə hava zərbələri endirdiyi bildirilir.

Bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail hava qüvvələrinin Dəməşqin mərkəzini hədəf alması nəticəsində 1 nəfər ölüb.

Qarabağ Qazisi azad edilməlidir

Müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandıran Qarabağ Müharibə Qazisi Hacı Vəliyev bu gün sərt şəkildə cəzalandırılır. Günlərdir qanunsuz saxlanılaraq barəsində qaldırılan cinayət işinə etiraz edən müharibədə gözdən əlil olan vətən oğlu aclıq edərək baş verənlərə haqlı etiraz etsə də hakimiyyət “hər kəsə dərs olsun” prinsipini bu dəfə də işə salaraq onu həbsdə saxlamaqdadır.

Boksçumuz erməni rəqibinə qalib gələrək Avropa çempionu oldu

Azərbaycan boksçusu Əminə Tağı (50 kq) Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının finalında erməni rəqibini məğlub edərək qızıl medala yiyələnib.

O, finalda ermənistanlı Amest Afrikyanı məğlub edib.

Boksçumuz rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Novi Pazarda Azərbaycan himni səsləndirilib.

Suriyada atəşkəs elan edilib

Suriyada rejim ölkənin cənubundakı Suveyda əyalətində druz və bədəvi qəbilələri arasında baş verən qarşıdurmadan iki gün sonra atəşkəs elan edib.

Suriyanın müdafiə naziri, terrorçu rejimin müdafiə naziri Murhaf Əbu Qəsrə Suveyda şəhərində “tam atəşkəs” elan edib.

Nazir Kəsra, "Suveyda şəhərində fəaliyyət göstərən bütün birlikləri çağırış elan edərək şəhər liderləri ilə əldə olunan razılaşmaya əsasən, tam atəşkəs elan edirik" deyib.

Ermənistan ABŞ-ın təklifini rədd edib

İran sərhədinə yaxın Zəngəzur dəhlizinin 100 il müddətinə Amerika şirkətinə verilməsini təklif edən ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın bəyanatına Ermənistan cavab verib.

ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak Nyu Yorkda keçirdiyi brifinqdə İran sərhədinə yaxın Zəngəzur nəqliyyat dəhlizinin idarəçiliyini öz üzərinə götürməyə hazır olduqlarını açıqlayıb.

İsrailin Qəzzaya hava hücumları nəticəsində 61 fələstinli həlak olub

İsrail Qəzzada soyqırım siyasətini davam etdirməkdədir. Son 24 saat ərzində İsrail Ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 61 fələstinli həyatını itirib.

Bu barədə “Al Jazeera“ məlumat yayıb.

Məlumata görə, 23 nəfər şimalda yerləşən Şati qaçqın düşərgəsinə hava hücumu nəticəsində həlak olub, onlarla insan isə yaralanıb.

Yəməndən İsrailin iki strateji hədəfinə zərbələr endirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri sionist rejimin Eylat limanı və Negev bölgəsində iki strateji hədəfə pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini bildirib.

Əl-Cəzirə telekanalının məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri iki fazalı hərbi əməliyyatda eyni vaxtda işğal olunmuş ərazilərdə iki sionist hədəfə qarşı üç pilotsuz uçuş aparatının (PUA) buraxıldığını açıqlayıb.

İran Oman dənizində qaçaqmalçılıq ittihamı ilə bir xarici tankeri saxlayıb

İran Oman dənizində bir tankeri saxlanılayıb. Tanker onu idarə edən heyət üzvüləri ilə nəzarətə alınıb.

İran mediasına istinadən xəbər verir ki, tankerdə iki milyon litr yanacaq olub.

İranın Hörmüzqan prokurorluğu tankerdəki yüklə bağlı sənədlərin natamam olduğunu bildirib.

Tanker kapitanı da daxil olmaqla 17 nəfər saxlanılıb.