01 June 2023

İmam Əli (ə) ziyarətgahında pakistanlı və hindistanlı uşaqlar üçün Quran təlimi

Az.shafaqna.com xəbər verir ki, Nəcəfül Əşrəfdə İmam Əli (ə) ziyarətgahında pakistanlı və hindistanlı uşaqlar üçün Quran təlimi keçirilib.

Quranı oxumaq, həmçinin əzbərləmək üçün bu iki ölkədən gələn 70 uşaq təlimdə içtirak edib.

Təlimlər İmam Əli (ə) ziyarətgahının “Quran Evi” Qurumu tərəfindən təşkil olunur.

Mübariz Qurbanlı Səudiyyə Ərəbistanına səfər edib

May ayının 30-dan etibarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının (SƏK) İslam Məsələləri, Çağırış və İrşad Nazirliyinin (nazirlik) dəvəti ilə sözügedən ölkədə səfərdədir.

Bu barədə “Az.shafaqna.com”a Dövlət Komitəsindən məlumat verilib.

"TotalEnergies" şirkəti yaxın günlərdə "Abşeron" yatağından qaz hasilatına başlanacağını bildirib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Fransanın "TotalEnergies" şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsini (Faza-2), neft-qaz və bərpaolunan enerji sahəsində potensial əməkdaşlıq imkanları nəzərdən keçirib.

1 iyun, müdafiəsiz qalan yüzlərcə uşaq

Getdikcə yalnız rəsmi adlara çevrilən bayram günlərinin əhəmiyyətsiz hala gəlməsi dünya səhnəsinin ən real mənzərəsidir. İnsan haqları deyib düyada böyük insitutların gözü önündə başı əzilən insanlıq, Ümumdünya Qida Ehtiyatı Fondunun seyr etdiyi artıq saniyədə acından ölən bir körpə, Ümumdünya Səhiyyə təşkilatının qeyri ədalətli bölgü səbəbindən ən kasıb ölkələri bürüyən epidemiyalar və sair bu təşkiltların rəsmi ad və şəxsi maraq çərçivəsində fəaliyyətinin bariz göstəricisidir.

"əl-Hidayətul-kubra" kitabı artıq satışda

“Əhli-beyt Maarifi Nəşrləri” evi növbəti dəyərli klassik ədəbiyyətin tərcüməsini yekunlaşdıraraq onu böyük adutoriyanın ixtiyarına buraxıb. Şeyx Hüseyn ibn Həmdan Xəsibinin əsəri olan "əl-Hidayətul-kubra" kitabı Peyğəmbər (s) və onun pak Əhli-Beytinin (ə) tarixi barədə əlimizə gəlib çatan ən qədim əsərdir. Kitabın sayı məhduddur və növbəti nəşri nəzərdə tutulmadığına görə əldə etməyə tələsin. Hər bir Əhli-Beyt (ə) dostunun evinə zinət olacaq "əl-Hidayətul-kubra" kitabı tarixin əvəzolunmaz xəzinələrindən biri sayılır.

İsrail Livanın sərhəd bölgəsinə hücum edib: 5 ölü

Fələstin Xalq Cəbhəsi Baş Komandanlığının 5 üzvü sionist rejimin Livanın Suriya sərhədi yaxınlığındakı Beka bölgəsindəki qərargahlarına həyata keçirdiyi hava hücumunda şəhid olub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstin Xalq Azadlıq Cəbhəsi Baş Komandanlığından verilən açıqlamada, sionist rejimin Livanın Suriya sərhədi yaxınlığındakı Beka bölgəsindəki qərargahlarına gecə saatlarında hava hücumu təşkil etdiyi bildirilib.

Əlizamin Salayev aclıq aksiyasını dayandırdı

Həbxanada 115 gündür ki, aclıq aksiyası keçirən AXCP fəalı Əlizamin Salayevin bu gün aclığı dayandırdığı bildirilir.

Toplum TV xəbər verir ki, bu barədə iyunun 1-də AXCP üzvü Ceyhun Novruzov sosial şəbəkə hesabında məlumat yayıb. 

Novruzov qeyd edib ki, aclıq aksiyasının dayandırılması barədə xəbəri Salayevin özü ona zəng edərək bildirib. 

"Tərtər işi" üzrə daha bir şəxs bəraət alıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki, "Tərtər işi" üzrə dövlətə xəyanət maddəsi ilə 2018-ci ilin yanvarında həbs edilmiş hərbi qulluqçusu Şükürov Sədayıl azadlığa buraxılıb.

Bu barədə Turana vəkil Rəsul Cəfərov məlumat verib.

Onun sözlərinə görə, qanunsuz və əsassız 11 il müddətinə azadlıqdan məhrum edilmiş hərbi qulluqçu bu gün, mayın 31-də Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə bəraət allb.

Somalidə terrorçular hərbi bazaya hücum edib

 Somali ordusu “Əş-Şəbab” terror təşkilatının hərbi bazaya hücumunu dəf edib və 30 silahlını zərərsizləşdirib.

Somali İnformasiya Nazirliyindən verilən açıqlamaya əsasən, silahlılar Qalqadud bölgəsindəki Masaqava şəhərindəki hərbi bazaya hücum ediblər. Somali ordusu yerli qüvvələrin dəstəyi ilə hücumu dəf edərək, azı 30 terrorçunu məhv edib. Qarşıdurma zamanı 3 Somali əsgəri yaralanıb.