Vəkil: Abid Qafarov azadlığa buraxılıb

"Bakı Birlik" İctimai Birliyi və "Kim.tv" yutub kanalının rəhbəri Abid Qafarov azadlığa buraxılıb. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə iyunun 1-də onun vəkili Aqil Layıc sosial media hesabında məlumat yayıb. 

Vəkil məsələ barəsində əlavə təfərrüat açıqlamayıb. 

Xatırlatma

Abid Qafarov ötən ilin iyul ayının 13-də bir qrup Qarabağ müharibəsi veteranının şikayəti ilə bir il  müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Qafarovun həbsi "Tərtər İşi"ni, xüsusən təqsirsiz hərbi qulluqçuların həbsini və onlara işgəncə verilməsini tənqid edənlərin təqibi kampaniyasının davamıdır.

Bir sıra yerli və beynəlxalq təşkilatlar jurnalisti "vicdan məhbusu" adlandırıb və onun azadlığa buraxılmasını Azərbaycan hakimiyyətindən tələb edib.