Somalidə terrorçular hərbi bazaya hücum edib

 Somali ordusu “Əş-Şəbab” terror təşkilatının hərbi bazaya hücumunu dəf edib və 30 silahlını zərərsizləşdirib.

Somali İnformasiya Nazirliyindən verilən açıqlamaya əsasən, silahlılar Qalqadud bölgəsindəki Masaqava şəhərindəki hərbi bazaya hücum ediblər. Somali ordusu yerli qüvvələrin dəstəyi ilə hücumu dəf edərək, azı 30 terrorçunu məhv edib. Qarşıdurma zamanı 3 Somali əsgəri yaralanıb.

Qeyd edək ki, ötən il Somali ordusunun “Əş-Şəbab” qruplaşmasına qarşı başlatdığı genişmiqyaslı əməliyyatlar nəticəsində azad edilən Masaqava qəsəbəsində Eritreyada təlim keçmiş əsgərlər yerləşdirilib. Təşkilat keçən həftə Afrika İttifaqı sülhməramlılarına da hücum edib.