Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei dünən Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qəbul edib.
Operativtv.com Maide.az-a istinadən xəbər verir ki, Ali Rəhbər görüşdə İran və Türkmənistanı qohum adlandırıb və bir çox mədəni ortaqlıqlara malik olduqlarını bildirib." Bu mədəni ortaqlıqlar iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, xüsusilə enerji və yol sahələrində əlaqələrin genişləndirilməsi üçün əsasdır."
Ayətullah Xamenei Türkmənistanın Parlamenti Xalq Məsləhətinin sədrinin mədəniyyət və dini məsələlərə verdiyi xüsusi diqqəti, mədəniyyət mərkəzləri və məscidlərin genişləndirilməsi səylərini yüksək qiymətləndirərək qeyd edib: "Ticarət məsələləri, xüsusilə, yol sektorunda, su, elektrik və qaz sahələrində əməkdaşlığı genişləndirmək üçün daha çox imkanlar var. İran İslam Respublikası bu sektorlarda əməkdaşlığa hazırdır.
Ali Rəhbər Ayətullah Xamenei Q.Berdiməhəmmədovun İran-Türkmənistan sərhədi yaxınlığından Xəzər dənizinə qədər avtomobil yolunun tikintisi üçün iranlı mütəxəssis və ekspertlərin iştirakı ilə bağlı tələbinə toxunaraq bildirib ki, İranın Yollar Nazirliyinin bu magistral yolun tikintisinə imkanı var. "Bu magistral, qlobal iqtisadiyyatda quru və dəmir yolu kommunikasiyalarının mühüm mövqeyini nəzərə alaraq, Türkmənistanı və onun ətrafındakı ölkələri Oman dənizinə birləşdirə biləcək. Şimal-Cənub tranzit yolunu tamamlamaq əzmindəyik."
Ali Rəhbər əlaqələrin genişlənməsini iki ölkənin mənafeyinə uyğun hesab edib və əlaqələrin gələcəyinə nikbin baxıb: "İran İslam Respublikası ilə Türkmənistan arasındakı əməkdaşlıq İran İslam Respublikası ilə Türkmənistanın vəziyyətinin yaxşılaşdırılması üçün dəyişən dünyada əsas olacaq."
Ayətullah Seyid Əli Xamenei Qurbanqulu Berdiməhəmmədovu qəbul edib