20 May 2023

"əl-Hidayətul-kubra" kitabı artıb Əhli-Beyt (ə) sevənlərin ixtiyarında

Əhli-beyt (ə) maarifi evi növbəti klassik dini ədəbiyyatı böyük adutoriyanın ixtiyrına verib. Şeyx Hüseyn ibn Həmdan Xəsibinin "əl-Hidayətul-kubra" kitabı artıb Əhli-Beyt (ə) sevənlərin ixtiyarına verilib. Qeyd edək ki, bu dəyərli əsər Peyğəmbər (s) və onun pak Əhli-Beytinin (ə) tarixi barədə günümüzə gəlib çatan ən qədim əsərdir. Kitabın sayı məhduddur və növbəti nəşri nəzərdə tutulmadığına görə əsəri əldə etməyə tələsin. Hər bir Əhli-Beyt (ə) dostunun evinə zinət olacaq "əl-Hidayətul-kubra" kitabı tarixin əvəzolunmaz xəzinələrindən biri sayılır.

Nyu-York dəniz səviyyəsinin yüksəlməsi və göydələnlərin ağırlığı ilə batımaqdadır

Son araşdırmalar üzə çıxarıb ki, "heç vaxt yatmayan şəhər" olan Nyu-York qlobal istiləşmənin təsiri və göydələnlərinin ağırlığı səbəbindən batmaqdadır. Araşdırma göstərir ki, ABŞ-ın Nyu-York şəhəri ildə orta hesabla 1-2 millimetr batır. ABŞ Geoloji Tədqiqat Xidmətindən Tom Parsonsun rəhbərlik etdiyi araşdırmaya görə, bəzi ərazilər digərlərindən iki dəfə tez batır.

Ərəb Liqasının baş katibi: Suriyanın birliyə qayıtması Ərəblərə xas məsələdir!

Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt Suriyanın birliyə qayıtma qərarının ərəb məsələsi olduğunu və bununla bağlı xarici güclərlə qarşıdurma cəhdinin olmadığını bildirib.

Əbu Qayt Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 32-ci Ərəb Liqası Liderlər Zirvə toplantısından sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə mətbuat konfransı keçirib.

“Ciddə görüşü Fələstin xalqı qarşısında öz məsuliyyətini yerinə yetirməlidir”

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nahlə bildirib ki, Ciddə toplantısı Fələstin məsələsi və Fələstin xalqının iztirabları qarşısında öz məsuliyyətini yerinə yetirməlidir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ziyad Nahlə Hizbullah hərəkatı və Seyid Həsən Nəsrullahın mövqeyini təqdir edib və bu açıqlamaları verib:

Fələstinli gənclər Qəzzada bayraq yürüşünə qarşı üsyan qaldırdı

Qəzzanın şərqində Əl-Avda düşərgəsində fələstinli gənclərlə sionist əsgərlər arasında qarşıdurma yaranıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Şahab Fələstin xəbər agentliyinin məlumatına görə, Qəzzanın şərqindəki Əl-Avda düşərgəsində fələstinli gənclərlə sionist əsgərlər arasında qarşıdurma olub.

Rusiya hərbisini dəstəkləyən Ermənistan şirkəti ABŞ-ın sanksiya siyahısına düşüb

Vaşinqton Rusiyaya qarşı tətbiq olunan sanksiyaları pozan 71 şirkəti qara siyahıya salıb. Bu siyahıda Rusiya hərbi və müdafiə seçkoru ilə əməkdaşlıq edən bir Ermənistan şirkəti də var.

"Reuters" xəbər verir ki, siyahıda Ermənistandan əlavə qara siyahıda bir Qırğızıstan şirkəti də var. Siyahı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ticarət Departamenti tərəfindən tərtib edilib, siyahıya Rusiya hərbi və müdafiə sektoruna dəstək verən şirkətlər daxildir.

Ayətullah Xamenei İranın xarici işlər naziri, rəsmiləri, həmçinin bu ölkənin xaricdəki səfirləri və nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Ali Rəhbər uğurlu xarici siyasətin meyar və göstəricilərini izah etməklə “izzət” yalvarış diplomatiyanı inkar etmək və ondan qaçmaq, “hikmət” müdrik və hesablanmış qarşılıqlı əlaqələr və fəaliyyətlər, “məsləhət” isə çətin maneələrdən yan keçmək və yolu davam etdirmək üçün elastiklik etmək deməkdir - deyə bildirib.

İsrailin XİN rəhbəri: Səudiyyə Ərəbistanı ilə münasibətlər gec-tez normallaşacaq

İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpası İsraillə Səudiyyə Ərəbistanı krallığı arasında münasibətlərin normallaşması perspektivlərinə mane olmayacaq, münasibətlər gec-tez normallaşacaq.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen "The Jerusalem Post" qızetinə müsahibəsində bildirib.

Ombudsman Aparatının nümayəndələri Abbas Hüseynə baş çəkiblər

Mayın 18-də Ombudsman Aparatının nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasında "Müsəlman Birliyi" Hərəkatının fəalı Abbas Hüseynə baş çəkiblər.

Bir neçə gün öncə sosial şəbəkələrdə Hüseynin audiomüraciəti yayılıb, o, həbsxanadakı işgəncələrdən şikayət edib.

"Başçəkmə zamanı Abbas Hüseynlə məxfi söhbət aparılıb, onun müraciətlərinə baxılıb.

103 gündür aclıq edən müxalifətçi Zamin Salayevin anası Azərbaycan prezidentinə müraciət edib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, istintaq təcridxanasında 103 gündür aclıq edən müxalifətçi Zamin Salayevin anası oğlunun həbsdən azad edilməsi xahişi ilə ölkə prezidenti İlham Əliyevə və onun həyat yoldaşı Mehriban Əliyevaya müraciət edib.

Məhkəmə Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxmayıb

Mayın 19-da Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə insan haqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəkillərin vəsatətini təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Rövşanə Rəhimli məlumat verib.

O, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Vəkilin sözlərinə görə, Hacıyev məhkəmədə iştirak edib.

Moskvada Azərbaycan, Ermənistan və Rusiya sülh sazişi ətrafında ikitərəfli və üçtərəli formatda müzakirələr aparıb

Mayın 19-da Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli və üçtərfli formatda görüş keçirlib. Məlumatı Operativtv.com Amerikanın Səsinə istinadən yayır.

“O, yalan söyləyir, mənim cibimə narkotiki qoyan elə o polis özü idi”

Mayın 19-da MBH üzvü Mirtofiq Hüseynovun növbəti məhkəmə iclası baş tutub. İclasa şahid qismində iki polis işçisi dəvət olunub. Dindirilən polis işçilərindən biri iddia edib ki, onlar iki nəfərlə əməliyyat keçirib və Mirtofiq Hüseynovu həbs ediblər. Onun sözlərinə etiraz edən Mirtofiq polis işçisinin yalan danışdığını söyləyib: “Bu şəxs yalan danışır.