10 May 2023

ABŞ-da müsəlmanlara qarşı nifrət cinayətləri artıb

ABŞ-da İslam əleyhinə və müsəlmanlara qarşı nifrət cinayətləri hesabatda öz əksini tapıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Amerika-İslam Əlaqələri Şurasının hesabatına görə, təkcə Massaçusets ştatında məktəblərdə islamafobiya ilə bağlı şikayətlər son bir ildə 72 faiz artıb.

Müsəlman şagird və tələbələrə qarşı standartlaşma və ayrı-seçkilik şikayətlərin əksəriyyətini təşkil edir.

Dəməşqdə partlayış olub, 5 polis əməkdaşı yaralanıb

Suriyanın paytaxtı Dəməşqin şimalında, polis məntəqəsi yaxınlığında avtomobilin partladılması zamanı baş verən yanğın nəticəsində 5 polis əməkdaşı yaralanıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə yerli “Sham” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, hadisə Dəməşqin Masakin-Berzi rayonunda polis məntəqəsi yaxınlığında avtomobilə qoyulan bombanın partlaması nəticəsində baş verib. Yaralanan polis əməkdaşlarından biri zabitdir.

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında uğursuz çıxış edib

Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında medalsız qalıb.

Operativtv.com Reporta istinadən məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi uğursuzluğa düçar olub.

31 yaşlı idmançı 1/16 final mərhələsində kanadalı Fransua Qotyer Drapauya uduzaraq, mübarizəni dayandırıb.

Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı olub

Yuxarı Gövhər Ağa məscidində 2021-ci ilin sonlarından aparılan bərpa işləri başa çatıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin müəllifi məşhur memar Kərbalayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.

4-tərəfli Moskva görüşü başa çatdı

Suriya nümayəndə heyəti Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbul evini tərk edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, beləliklə də Rusiya, İran, Türkiyə və Suriya XİN başçılarının – müvafiq olaraq, Sergey Lavrov, Hüseyn Əmir Abdullahian, Mövlud Çavuşoğlu və Feysal Miqdadın təqribən 3 saat davam edən 4-tərəfli görüşü başa çatıb.

Nümayəndə sinfinin bir neçə maşını Qəbul evini tərk edib, ilk başın Suriya bayraqlı olub.

Pakistanın keçmiş baş naziri məhkəmə qarşısına çıxarılıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xan çərşənbə günü korrupsiya ittihamı ilə xüsusi məhkəmə qarşısına çıxarılıb.

Xanın məhkəməsi onun bir gün əvvəl gözlənilməz həbsindən və rəsmilər tərəfindən saxlanmasından sonra keçirilib. 70 yaşlı Xan nəzarətə terror və korrupsiyadan tutmuş dövlətə xəyanət və digər cinayət əməllərinə qədər ona qarşı irəli sürülən onlarla ittiham üzrə dinləmələrdə iştirak etməyə hazırlaşarkən alınıb.

Humanizm nümunəsi olan əfv, yoxsa...

Növbəti əfv sərəncamı imzalandı. Əvvəldən də elan edildiyi kimi say etibari ilə bu sərəncam digərlərindən fərqləndi. İlk dəfə idi ki, əfv onunanların sayı 800 nəfəri keçdi. Şübhəsiz hər bir azad olunan, işi yüngülləşdirilən şəxsin azadlığı təqdirə layiqdir və ailələrin sevinci başa düşüləndir. Analar övladlarına, uşaqlar ata və ya analarına qovuşması doğurdanda gözəldir. Lakin nədənsə artıq ikinci ildir ki, eyni müstəviyə köklənən siyasi məhbusların azadlığa çıxma gözləntisi bu il də ümidləri doğrultmadı.

Roma Papası Fransisk diktatura dövründə ordu ilə əməkdaşlıq etdiyinə dair iddiaların sadəcə bir mif olduğunu bildirib

Katoliklərin ruhani lideri Papa Fransisk Argentinanın paytaxtı Buenos-Ayresin arxiyepiskopu olduğu müddətdə hökumətin bəzilərinin hərbi diktatura ilə əməkdaşlıq etdiyi mifi əsas götürərək mövzunun “başını kəsmək” istədiyini bildirib.

Papa bu sözləri aprelin 29-da səfərdə olduğu Budapeştdə yezuitlərlə təkbətək görüşdə deyib. Özü də yezuit olan Papanın şərhləri çərşənbə axşamı nəşr olunan İtaliyanın Civilta Cattolica jurnalında dərc olunub.

Tunisdə yəhudilərin mərasimlər keçirdikləri sinaqoqa hücum edilib

Tunisin Cerba adasındakı Ghariba sinaqoquna silahlı hücum nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Tunis Daxili İşlər Nazirliyi hücumla bağlı verdiyi yazılı açıqlamada 5-i təhlükəsizlik qüvvələri olmaqla 3 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını və yaxınlıqdakı xəstəxanalara aparıldığını bildirib.

Avropalı səfirlər Təl-Əvivdəki çıxışlarını ləğv ediblər

Avropalı səfirlər Təl-Əvivdə keçirilən “Avropa Günü” mərasimindəki çıxışlarını ləğv ediblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Avropa İttifaqının səfirləri Təl-Əvivdə keçirilən “Avropa Günü” mərasimində “İtmar Benguirin” Netanyahunun kabinetinin daxili təhlükəsizlik nazirinin iştirakına görə çıxışlarını ləğv ediblər.

"Real Madrid" və "Mançester Siti" matçı heç-heçə bitdi

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, ilk oyun günündə "Real Madrid" "Mançester Siti" komandaları qarşılaşıb.

"Santyaqo Bernabeu" stadionunda keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb.

Bu komandalar arasında cavab oyunu mayın 17-də Mançesterdə keçiriləcək.

Bakıda yataqxanada partlayış olub - 1 ölü, 2 yaralı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Operativtv.com bu barədə Unikal-a istinadən Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq

Prezidentin köməkçisi Şahmar Mövsümov quru sərhədlərinin açılması məsələsinə münasibət bildirib.

Toplum TV xəbər verir ki, mayın 10-da jurnalistlərə açıqlama verən Mövsümov xüsusi karantin rejiminin iyulun 1-dək uzadıldığını xatırladıb.

Onun sözlərinə görə, quru sərhədlərin açılması ilə bağlı məsələyə də bundan sonra baxılacaq.

Xatırlatma

Yəmən ikiyə bölünür: Cənubda separatçılar baş qaldırdı

Yəmənin cənub hissələrindəki qüvvələr Cənubi Yəmənin müstəqilliyi ilə bağlı separatçı addıma imza atıblar.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, belə ki, ölkənin cənub hissəsindən olan partiyalarının, hərəkatlarının, həmkarlar ittifaqlarının, mülki cəmiyyət təşkilatlarının və digər qurumların 330 nümayəndəsinin iştirakı ilə “müstəqil federativ dövlətin” qurulması qərarı qəbul edilib.