Humanizm nümunəsi olan əfv, yoxsa...

Növbəti əfv sərəncamı imzalandı. Əvvəldən də elan edildiyi kimi say etibari ilə bu sərəncam digərlərindən fərqləndi. İlk dəfə idi ki, əfv onunanların sayı 800 nəfəri keçdi. Şübhəsiz hər bir azad olunan, işi yüngülləşdirilən şəxsin azadlığı təqdirə layiqdir və ailələrin sevinci başa düşüləndir. Analar övladlarına, uşaqlar ata və ya analarına qovuşması doğurdanda gözəldir. Lakin nədənsə artıq ikinci ildir ki, eyni müstəviyə köklənən siyasi məhbusların azadlığa çıxma gözləntisi bu il də ümidləri doğrultmadı. Həttə belə söyləmək daha doğru olardı ki, bu il, ötən ildən fərqli daha az siyasi məhbusun buraxılması ilə yadda qaldı.

 Bu sırada irad olaraq siyasi məhbusların əfvə salınmaq kimi hakimiyyətin öhtəçiliyinin olmadığını söyləyənlər oldu. Bir az fərqli düşünənlər isə əfv yazmayan şəxsin əfv siyahasında yer almaması məntiqi bu işdə araşdırılmalı bir neçə incə məqamı qabartmış oldu. Elə bütün məzmunun da bu iki məsələdə cəmlənməsi az qala əfv komisiyasi üzvlərinin əksəriyyətinin hallandırdığı bu mövzuya iddialara cavab olaraq baxmaq zərurəti yaratdı.

Təbii ki, hakimiyyətin siyasi məhbusları buraxmaq kimi öhtəliyi yoxdur. Ancaq heç onları tutmaq kimi qanunazidd addım, siyasiləri saxlamaq səlahiyyəti də hakimiyyətə verilmir. İnsanların haqqı olan azadığını onlara qaytarmaq güc əlində olan bir rəhbərin humanist baxış göstəricisidir. Hələ bu məsələ şəxslərin heç bir günah etmədən saxlanılması kimi əsaslarla gerçəkləşibsə. İstəklər də məhz bu prizmadan baxılaraq qiymətləndirildi. Əlavə olaraq, ölkə rəhbəri bununla göstərə bilərdi ki, o öz oppenentlərindən, onu tənqid edənlərdən narahatlıq yaşamır. Görünür acizlik, qanun yox, qanunsuzluq mühiti rejimin zorakı davranışları ilə müşayət edilən bir vəziyyəti bu günün reallığına çevirib ki, bunun çıxış yolunu da o, həbslərdə görür.

İkinci məsələ əfvin yazılmasıdır. Bu iki məsələnin bir-birini ilə bağlılığı hakimiyyətin məhz bu müstəvidə çıxış səbəbidir. Niyə hakim dairələrdə əfvin yazılmamasını qabardır? Doğurdanmı praktikada əfv yazmadan azadlığa qovuşan, əfvə düşən siyasilər olmayıb? Təəssfülü və ya təəssüfsüf bunu Surət Hüseynov kimi keçmiş baş nazir səviyyəsində əfvə yazılmadan əfv olunan şəxslər əsaslandırır ki, istək olarsa belə şeylər olur. Demək məsələdə əfvə imza arxasında gizlənən incə məqamdır ki, təkid də buna hesablanıb.

Hakimiyyətin əfv sərəncamına qol çəkməyə təkidi əslində qarşı tərəfi etmədiyi cinayətin etirafçısı edir ki, bununla da o, bir neçə işi görmüş olur:

  1. Əfvə imza qoyan şəxs avtomatik dominantlığı qarşı tərəfə ötürmüş olur. Yəni siyasinin əfv sənədi həmişə onun üzərində hakimiyyətin görünməz qılıncı olur.
  2. Cinayətin “etirafı” bu cinayətin icrasına meyl göstəricisidir. Növbəti həbs ehtimalı da məhz bu əfvin sənədləri arasında həmişə hazırdır. Yetər ki, qarşı tərəf arzulanmayan addım atsın.
  3. Əfv siyasinin sosial cəmiyyətdə vurulma amili olaraq qalır. İlk fürsətdə böyük trol cəbhəsinin səfərbər olması şübhəli addımlarla siyasini oyun girdabında boğacaq.
  4. Beynəlxaq təşkilatlar, öhtəliklər sırasında bu sənədlər şəxslərin etirafı olaraq göstərilir ki, burada məntiqli olaraq heç bir məcburiyyət göstərilə bilməz. Demək, əfvə imza qoyan şəxs Qərbin insan hüquq müdafiə təşkilatlarına öz cinayətini etiraf edən şəxs kimi təqdim edilə bilən sübutdur.

 Demək, bu gün ölkə idarəçiləri rejim tərəfdarlarının ciddi narahatlıqlarına səbəb olan əfv sənədinə siyasilərin imza atmaması ötən il zatən bu məsələdə narahatlıq yaşayanları bu il bir az da irəli apardı. Məhz siyasi məhbusların azadlığa çıxmaması bu və sair bu kimi səbəblərin toplusu olaraq qaldı. Siyasilər rejimin əfvə imza etmədən başı uca durmaları növbəti sərəncamda daha aydın özünü göstərdi.