18 March 2023

Ümumdünya Səhiyyə Təşkilatı: Bu il Korona pandemiyasının sonudur

Ümumdünya Səhiyyə Təşkilatı bu ilin Covid-19 pandemiyasının sona çatdığını açıqlayıb. Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ildə ilk dəfə hər həftə 5 min insanın ölümünə səbəb olan və qurbanların sayının təxminən 7 milyon nəfərə çatdığı Korona adlı epidemiyadan danışdı.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus, "Əminəm ki, bu il Covid-19-un təcili və beynəlxalq narahatlıq kimi başa çatdığını söyləyə bilərik" deyib.

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb

Nizami Rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər tutulub.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.

HƏMAS: Biz Şarm Əl-Şeyx Sammitini rədd edirik

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki,  İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Birliyinin üzvü və Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Musa Əbu Mərzuk, seçim və maraqlarının işğala qarşı müqaviməti gücləndirmək olduğunu və Şarm əl-Şeyxdə keçiriləcək konfransın sakitliyin qorunmasına yönəlmiş addım olduğunu bildirib.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 min 500 nəfəri keçib

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 min 600 nəfərə çatıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.

Onun sözlərinə görə, ölənlərdən 6800-ü əcnəbidir.

Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhəri olan 7,7 və 7,6 maqnitudalı iki zəlzələ olub.

İşğal olunmuş ərazilərdə vətəndaş müharibəsi və parçalanmanın izləri

İşğal olunmuş Fələstin ərazilərində etiraz nümayişləri vətəndaş müharibəsi və parçalanma siqnallarını verir. İsrail rejiminin keçmiş müdafiə naziri Benni Qantz açıqlamasında bu məsələ ilə bağlı narahatlığını ifadə edib. Rejiminin keçmiş müdafiə naziri Benni Qantz Netanyahu hökumətinin mübahisəli “məhkəmə islahatları”na qarşı ölkə daxilində artan nümayişlərdən danışıb.

Əl-Əzhər Universitetinin professoru Ukrayna ordusunun Quranı təhqir etməsini pisləyib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Misirin Əl-Əzhər Universitetinin professoru Şeyx Əli Mətiə bir çox Ukrayna əsgərinin Quranı təhqir edən hərəkətinə reaksiya verib və bu hərəkəti faşist və məsuliyyətsiz hərəkət kimi qiymətləndirərək pisləyib.

BMT Əfqanıstana ərzaq yardımını azaldıb

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə vəsaiti çatışmazlığı səbəbindən mart ayında Əfqanıstana humanitar yardım göstərilməsini azaldıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, yardımın azaldılması azı 4 milyon nəfərə birbaşa təsir edəcək.

ÜƏP beynəlxalq ictimaiyyəti böhran içində olan ölkədə humanitar fəaliyyətin maliyyələşdirilməsi üçün təcili olaraq vəsait ayırmağa çağırıb.

Çavuşoğlu və Abdullahian İran-Azərbaycan münasibətlərini müzakirə edib

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı zamanı İran - Azərbaycan qarşılıqlı əlaqələrinin son vəziyyəti müzakirə edilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şimali Koreya: Amerika ilə müharibə üçün 800.000 könüllü

Operativtv.com İRNA – ya istinadən xəbər verir ki, Şimali Koreya bu ölkənin təxminən 800 min vətəndaşının ABŞ-la müharibəyə könüllü gəldiyini iddia edib.

Reuters, Şimali Koreyanın Rodong Sinmun qəzetinə istinadən tələbələr və işçilər orduya qatıldığını yazıb. O, ABŞ-a qarşı çıxmaq tələblərini səsləndirdiklərini yazıb.

DSX sərhəd buraxılış məntəqələrində yaranmış ləngimələrə aydınlıq gətirib

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov və Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə onların vəkilləri məlumat verib.

"Neftçi"nin futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

“Neftçi”nin futbolçusu Ömər Buludov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın XXVII turuna təsadüf edib.

O, “Kəpəz”lə ev matçında (2:2) sonradan meydana çıxıb.

Oyunçu yalnız “Neftçi”nin formasını geyindiyi üçün 100 görüşü də bu komandada keçirib. Onun aktivində 4 qol var.

Türkiyə zəlzələnin vurduğu maddi zərəri açıqladı

Türkiyənin cənub-şərqində baş verən zəlzələnin ölkə iqtisadiyyatına vurduğu maddi ziyanın həcmi açıqlanıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənni Maliyyə Nazirliyindən məlumat verilib.

Zəlzələlərin vurduğu zərər 2 trilyon lirə (105 milyard 280 milyon dollar) təşkil edir“, – deyə qeyd edilib.