İşğal olunmuş ərazilərdə vətəndaş müharibəsi və parçalanmanın izləri

İşğal olunmuş Fələstin ərazilərində etiraz nümayişləri vətəndaş müharibəsi və parçalanma siqnallarını verir. İsrail rejiminin keçmiş müdafiə naziri Benni Qantz açıqlamasında bu məsələ ilə bağlı narahatlığını ifadə edib. Rejiminin keçmiş müdafiə naziri Benni Qantz Netanyahu hökumətinin mübahisəli “məhkəmə islahatları”na qarşı ölkə daxilində artan nümayişlərdən danışıb.

O, hökumətin məhkəmə islahatına qarşı 10-cu həftədir artan nümayişlərlə bağlı Twitter hesabında açıqlama verib. İsraildə heç kimin vətəndaş müharibəsi istəməyəcəyini, lakin vəziyyətin pis olduğunu qeyd edən Gantz, “Burada (İsraildə) vətəndaş müharibəsi başlayacağından qorxuram” deyib.